Peskov Rusiya və Ukrayna arasında danışıqların mümkünlüyünü rədd edib.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar üçün imkanların olmadığını bildirib, onun sözlərinə görə, “əslində indi razılaşmalar üçün heç bir ilkin şərt yoxdur”.
Peskov VGTRK-ya deyib: “İndi heç olmasa bir növ dialoq qurmaq üçün heç bir bünövrə, hətta zəif təməl yoxdur”.
O əlavə edib ki, onlar Moskvada “rejimin iradəsizliyini, hazırlıqsızlığını, sahibləri tərəfindən rejimin yolverilməzliyini” görürlər.
Şayəstə Hüseynova




