Avropa İttifaqının rəsmi jurnalında Rusiyaya qarşı altıncı sanksiyalar paketi dərc edilib.
Elchi.az xəbər verir ki, sanksiyalar siyahısında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu və qızı – Yelizaveta Peskova və Nikolay Peskov, eləcə də həyat yoldaşı Tatyana Navka da daxildir.
Sənəddə deyilir: “Tatyana Navka Krım yarımadasında yerləşən şirkətlərin və aktivlərin ortaq sahibidir”.
Avropa İttifaqının qənaətinə görə, Tatyana Navka “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmağa və ya təhdid etməyə yönəlmiş hərəkətləri dəstəkləyir”.




