Türkiyənin “Petkim” neft-kimya müəssisəsində növbəti kadr dəyişikliyi baş verib.
“Anadolu” agentliyi xəbər verir ki, “Petkim” neft-kimya müəssisəsinin Aktivləri İdarə Departamentinin baş direktor müavini Əli Əkrəm Aslan istefa verib.
O, istefasının “Petkim”də Fətullah Gülən hərəkatına qarşı aparılan əməliyyatlarla əlaqəsinin olmadığını bildirib: “24 ildir şərəfimlə bu müəssisədə işləyirəm. 2011-ci ildən isə bu vəzifədəyəm”.




