"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Peyğəmbəri aşağılamaq terror deyil ki?

08 Yanvar 2015 - 15:41
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img1396402Elə çıxmasın ki, sərlövhəyə çıxarılan başlıqla Parisdəki 7 yanvar qətliamına haqq qazandırırıq. Əsla. Normal insanlar kimi, biz də bu terror aktını qətiyyətlə pisləyir, cinayətkarların cəzalandırılmasını istəyirik. Amma eyni zamanda hamını, ələlxüsus, Qərbin siyasi və dövlət xadimlərini, cəmiyyətlərini bu kimi faciəvi olayların səbəblərini təhlil etməyə çağırırıq.
Axı, o da var ki, əməkdaşları soyuqqanlıqla güllələnən jurnal İslam peyğəmbərini dəfələrlə təhqir edəndə, ABŞ-da Qurani-kərim yandırılanda belə iyrənc əməllərin təşəbbüskarları ictimai qınağa tuş gəlmədilər. Əksinə, əksəriyyət bunu söz-ifadə azadlığının təzahürü saydı. Bununla da təhlükəli tendensiyanın davam eləməsinə “xeyir-dua”, radikalların əlinə isə bəhanə verildi.
Halbuki, bir milyard yarım insanın pərəstiş elədiyi bir tarixi şəxsi, üstəlik, Allah elçisini məsxərəyə qoymaq elə həmin bir milyardın inancına tüpürmək demək idi, lap dəqiqi, terror idi. Zamanında Avropa cəmiyyətləri belə mənəvi terror aktlarına, mənəvi eybəcərliklərə ciddi təpki vermiş olsaydı, 12 jurnalist hələ də öz doğmalarının yanında idilər.
Avropada 7 yanvar olayını bəşəri dəyərlərə, söz-ifadə azadlıqlarına hücum, barbarlıq kimi qiymətləndirirlər. Amma və lakin söz-ifadə azadlıları, başqalarının, yüz milyonların təməl haqları, o sırada vicdan və etiqad azadlıqlarının başladığı yerdə bitməli deyil? Peyğəmbəri asağılamaq terror, barbarlıq deyil ki? Hərgah, əminik ki, İslam peyğəmbərinin özü ona həqarət edənlərlə qarşı bu cür davranışı birmənalı rədd edərdi, çünki İslam vəhşiliyi, zülmü təqdir və qəbul eləmir, əksinə, ona qarşı çıxmağı buyurur.
Olayla bağlı bəziləri diqqəti hücumdan iki saat əvvəl jurnalda İŞİD lideri əl-Bağdainin karikaturasının dərc edilməsinə yönəldirlər. Guya terror aktının motivində bu fakt dayanır. Boş şeydir. Bağdadi kimdir axı? Cəmi bir neçə min adamın müvəqqəti kumiri, bu gün var, sabah olmayacaq və qısa zamanda unudulacaq adi bəndələrdən biri.
İndi 3-4 min adamın başçısı, “səhra komandiri” hara, bir milyard yarım adamın peyğəmbəri, ruhani kumiri hara? Belə çıxır ki, Bağdadi, əsrəğfürullah, peyğəmbərdən də nüfuzlu imiş ki, bu boyda qisas aktı törədilib? Əlbəttə ki, yox. Təsadüfi deyil ki, hücumçular “Peyğəmbərin qisasını aldıq” deyiblər. O da artıq bəllidir ki, hücum zamanı öldürülən baş redaktor Stefan Şarbonye “Əl Qaidə” tərəfindən “İslama qarşı cinayətlərə görə” axtarışda olan 9 adamdan biri olub…
Böyük ehtimalla, qanlı hadisədən sonra köhnə qitədə islamofobiya güclənəcək. Belə olacaqsa, bu da yanlış! İslamdan, müsəlmanlardan zorla izqoy, “günah keçisi” düzəltmək, bütün KİV-ləri peyğəmbərin karikaturasını təkrar çap etməyə çağıran Mixail Xodorkovski kimilərin təxribatına uymaq yalnız radikal ekstremistlərin karına gələcək, onların çörəklərinə “yağ sürtəcək”, o cümlədən yeni breyvikləri meydana çıxaracaq, ardınca müsəlman dünyasından daha sərt cavablar gələcək və s.
Beləcə, terrorizm ikinci-üçüncü nəfəs alıb genişlənəcək, tərəfdarları artacaq. Problemin qayəsi haqda düşünmək isə yada düşməyəcək. Qayə isə həm də ondan ibarətdir ki, Qərbin bəzi məkrli dairələri israrla sivilizasiyalararası toqquşma yaradıb “bulanıq suda balıq tutmağa” çalışır. Amma dünya düzəni, çağdaş qlobal təhlükəsizlik əksini – sivilizasiyalararası dialoqu diktə edir.
Bu xüsusda qardaş Türkiyənin Paris olayına reaksiyası təqdiredici sayıla bilər. Türkiyənin XİN-in açıqlamasında deyilir: “Biz terrorun hər cürünə qarşıyıq. Terrorla mübarizədə ciddi bir əskiklik var. Bu cür hadisələr irqçilik və İslama qarşı hərəkətlərdən qaynaqlanır. Hücumu şiddətlə qınayırıq…”
Yəni hər cür terror pisdir, içində “yaxşısı” ola bilməz. Terrordan isə heç bir toplum, fərd sığortalanmayıb. Belə riskləri yalnız minimuma endirmək mümkündür. O da birgə, ardıcıl və ciddi səylərlə. Bundan ötrü dövlətlərin qüdrəti, nüvə potensialı, “terrorla mübarizə” adı altında hansısa ölkənin işğal edilməsi həlledici deyil. Həlledici – toplumların, ictimai qurumların, o sırada ictimai rəyi formalaşdıran aparıcı media quruluşlarının, nüfuzlu simaların, ziyalıların mövqe və həmrəyliyidir.
Nə qədər ki, bu sahədə boşluq qalır, o boşluğu daima breyviklər, “əl-Qaida”çılar, İŞİD-çilər dolduracaq. Necə? O da bəlli…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qafqaz Müsəlmanları İdarəsi Fransada baş verən terroru pislədi – BƏYANAT

Next Post

Fransada daha bir terror: Restoran partladıldı – SON DƏQİQƏ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Fransada daha bir terror: Restoran partladıldı – SON DƏQİQƏ

“Arif Hacılı heç vaxt AXCP ilə münasibət qura bilməz”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.