Hollandiya mərkəzli elektronika şirkəti “Philips” şirkətin xərclərini azaltmaq üçün dünya üzrə 60 min nəfəri işdən çıxaracağını açıqlayıb.
Elchi.az xəbər verir ki, “Philips”in 2022-ci ildəki satışları ilə bağlı verdiyi açıqlamada satışların azaldığı və şirkətin 1,6 milyard zərər etdiyi bildirilib.
60 min nəfər işçidən 1100 nəfərinin Hollandiyanın paytaxtı Amsterdam və Eyndhovendə olduğu qeyd edilib.
Xatırladaq ki, dünya üzrə 80 minə yaxın işçisi olan şirkət xərcləri azaltmaq üçün ötən ilin oktyabrında yenə 4 min nəfəri işdən çıxarmışdı.
Yeganə





