
Baş Prokurorluğun mətbuat xidmətindən Elchi.az-a verilən məlumatda deyilir ki, fakta görə Cəbrayıl rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1953-cü il təvəllüdlü, Biləsuvar rayon sakini Rzaquliyev Rzaqulu Bəyiş oğlu tərəfindən onun idarə etdiyi “Belarus” markalı traktorla törədilməsi müəyyən edilib.
R.Rzaquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



