Milyonlarla dollar daşıyan maşın maskalı PKK-çılar tərəfindən soyulub.
Musavat.com-un məlumatına görə, İraq Kürdüstan bölgəsindən Türkiyə gəlmək üçün yola çıxan maşının içində 7 milyon dollar olduğu bildirilib. Pul daşıyan maşın Türkiyənin Silopi rayonunda qarət olunub. Hadisə ilə bağlı fəaliyyətə keçən polislər maşını soyanların Silopidə Şəhid Harun Boy məhəlləsində olduğunu bildirib.
Soyulan maşın bir otelin yaxınlarında içi boş halda tapılıb.



