"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“PKK-çının heykəlinin götürülməməsi mümkün deyildi”

21 Avqust 2014 - 08:45
in FLƏŞ

Tənzilə Rüstəmxanlı: “Əhməd Davudoğlu deyirdi ki, Orta Doğuda Türkiyənin xəbəri olmadan quş img1519871uçmaz; bəs necə olur ki, o boyda heykəl iki ay idi orada ucaldılmışdı?”

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Diyarbəkirin Lice kəndindəki PKK qəbristanlığında terrorçu Mahsum Korkmaza heykəl qoyulması Türkiyədə iğtişaşlara səbəb oldu. Heykəlin açılışından sonra ölkə ictimaiyyətinin, eləcə də müxalifətin ciddi təpkisi məsələ ilə bağlı təcili məhkəmə çəkişməsinə səbəb olub.

MHP başqanı Dövlət Baxçalı bu haqda açıqlamasında türk şəhidlərinin sümüklərini sızladan bu hərəkət üçün AKP-nin məsuliyyət daşıdığını bildirib.
Avqustun 18-də Diyarbəkir Baş Prokurorluğunda açılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə terror təşkilatının təbliğatı olduğu üçün heykəli “suç əşyası” elan edib və dərhal yıxılması haqqında qərar çıxarıb.
Avqustun 19-da səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri qərarın icrası üçün bölgəyə gəldikdə, PKK terrorçuları ilə türk əsgərləri arasında silahlı toqquşma baş verib. Bu toqquşma nəticəsində bir terrorçu məhv edilib, 2 PKK-çı yaralanıb, bir əsgər şəhid olub.
Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a deyib ki, Türkiyəyə 35 minə yaxın şəhid verdirmiş bir terror hörgütünün üzvlərindən birinə Türkiyədə heykəl qoyulmasına şərait yaradılması üzücü olmaqla yanaşı, heyrət yaradır. Heykəli qoyulan Türkiyəyə qarşı PKK savaşını ilk başlayan adamlardan biridir. Belə birisinə heykəl qoyulması şəhidlərə, türk xalqına hörmətsizlikdir: “Bu, ürək ağrıdan bir durumdur. Türkiyə dövlətinin İstihbaratı, jandarması, polisi, icra orqanları var. Bütün bunların gözləri qarşısında terror təşkilatının üzvünə heykəl qoyulur və guya iki aydır bundan xəbərləri yox imiş. Bundan xəbərlərinin olmaması ağlasığan deyil. Yəni Türkiyə bu qədərmi zəifdir? Əhməd Davudoğlu deyirdi ki, Orta Doğuda Türkiyənin xəbəri olmadan quş uçmaz. Bəs, necə olur ki, o boyda heykəl iki ay idi orada ucaldılmışdı, lakin hökumət orqanlarının xəbəri olmayıb? Axı bu, ağlasığan deyil. Bu hadisə o deməkdir ki, qardaş Türkiyədə bir qarmaqarışıqlıq yaşanır, kim nə istəyir onu edir. Mən bunu çox üzüntü ilə qarşılayıram”.
T.Rüstəmxanlı vurğuladı ki, heykəlin götürülməsi Türkiyə cəmiyyətinin, müxalif siyasi, ictimai qüvvələrinin haqlı təpkisi nəticəsində mümkün oldu: “Türkiyə xalqı bu məsələlərdə həssasdır. O heykəlin götürülməməsi mümkün deyildi. Təəssüf ki, həmin terrorçunun heykəli belə bir türk əsgərinin şəhid olmasına səbəb oldu. Heykəlin götürülməsinə qarşı PKK silahlı saldırılar düzənlədilər və bir əsgər şəhid oldu. Heykəlin ucaldılmasına ilk andan imkan verilməsəydi bəlkə də belə olmazdı”.
E.SEYİDAĞA

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əbu Bəkir əl Bağdadi Amerikanın dustağı olub

Next Post

Medvedyevin gözlənilən İrəvan səfərinin pərdəarxası

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

Medvedyevin gözlənilən İrəvan səfərinin pərdəarxası

Tariyel Ağayevin adı keçən qətl işində yeni şok faktlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.