PKK-nın Suriya qolu olan Demokratik Birlik Partiyasının (PYD) Suriyanın Haseke vilayətində Həmrin İidi adlı 15 yaşlı qızı qaçırdığı bildirilir.Avropa.info-nun əl-Ərabiyyə kanalına istinadən verdiyi xəbərdə PYD-nin dünən Haseke vilayətinin Əmudə şəhərində evinin önündən 15 yaşlı qızı qaçırdığı bildirilir.
Qızın qardaşı Mərvan isə açıqlamasında bildirib ki, PYD-nin onun bacısını qaçırmaqda məqsədi ona hərbi təlim keçirilib onu döyüşçü kimi istifadə etməkdir.
15 yaşlı qızın qaçırılması şəhərdə ciddi narazılıqlara səbəb olub. İnsanlar əllərində yazılarla şəhərin küşələrində Həmrinin qaytarılmasını tələb ediblər.
Ərəb mətbuatında yayılan məlumatlarda bildirilir ki, PYD-nin təlim məqsədi ilə kürd qızlarını qaçırması artıq haradasa adət halını alıb.



