PKK terror təşkilatının üzvləri Türkiyənin hakim Ədalət və İnkişaf partiyası (AKP)nın İspir rayonu üzrə rəhbəri Salih Zeki Çetinkayanı qaçırıb.
Türkiyə mətbuatı xəbər verir ki, bunu partiyanın Ərzurum bölgə rəhbəri Fatih Yeşilyurt deyib.
Onun sözlərinə görə, Çetinkaya, qardaşı Şahin Çetinkaya və başqa bir adamla Ərzurumdan Şanlıurfaya getdiyi zaman onların avtomobili yolda terrorçular tərəfindən saxlanılıb:
“Avtomobili saxlayan PKK-çılar şəxsiyyət vəsiqələrini yoxlamağa başladı. Yoxlama zamanı onun AKP vəsiqəsini tapıblar. “Hansınız sədrsiz?” deyə sual veriblər. Salih Zeki də vəsiqənin ona aid olduğunu deyib. Onun gözlərini bağlayıb aparıblar”.




