"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“PKK Qəndili Laçına köçürür” – Türkiyəli politoloqdan ŞOK AÇIQLAMA

28 Yanvar 2016 - 15:20
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“PKK terror təşkilatı Qəndildəki düşərgəsini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürür”.

Bunu Publika.az-a açıqlamasında türkiyəli politoloq Ömür Çelikdönmez deyib.

Ö. Çelikdönmezin sözlərinə görə, İrana qarşı sanksiyaların aradan qaldırılması, Yaxın Şərqin yenidən bölünməsi uğrunda savaş, Şimali İraq kürd muxtariyyətinin müstəqillik əldə etməsi ehtimallarının güclənməsi kimi mühüm siyasi proseslər PKK-nın gələcək taleyini sual altına qoyur: “Yaxın Şərqdə İraq və Suriyanın parçalanması gündəmdədir. Şimali İraq Kürdüstan Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani iraqlı kürdlərin müstəqil bir dövlətə sahib olmalarına çox yaxın olduğunu bildirdi və Yaxın Şərq xəritəsini müəyyənləşdirən “Sukes-Picot” anlaşmasının hökmünü itirdiyini bildirdi. O, bölgədə yeni beynəlxalq anlaşmaya ehtiyac olduğunu dilə gətirib. Bu, önümüzdəki günlərdə İngiltərənin layihəsi olan sünni İraq torpaqlarında üçüncü bir dövlətin ortaya çıxması deməkdir. Birincisi kürdlər, ikincisi İŞİD. Yeni mərhələdə Qəndilin başqa yerə daşınması gündəmə gəlir. Çünki Türkiyəyə qarşı hücumlarda birinci dərəcəli məsuliyyət daşıyan İraq hökumətidir. Qəndil nə qədər Şimali İraq kürd muxtariyyətinin ərazisinə daxil olsa da, İraq dövlətinin sərhədləri içindədir. Türkiyə sərhəd kənarlarında PKK-ya qarşı əməliyyatlar keçirəndə bu, birbaşa Bağdad hökumətinə aid idi. Şimali İraq müstəqilliyini elan etdikdən sonra Türkiyənin PKK-ya qarşı keçirəcəyi əməliyyatlar Ərbilə aid olacaq. Peşmərgənin PKK ilə müharibə aparmayacağı dəqiqdir. Gözləniləndir ki, PKK-nın Türkiyəyə qarşı hücumları dayandırması və Qəndildən çəkilməsi tələb olunsun. PKK Türkiyənin hərbi əməliyyatlarının hədəfində olan Qəndili boşaltmaq məcburiyyətində qalacaq”.

Politoloqun sözlərinə görə, PKK-nın Qəndili boşaltmasının digəri səbəbi Türkiyə hökumətinin Hakkari vilayət mərkəzini Yüksekovaya, Şırnak vilayət mərkəzini Cizrəyə köçürmək qərarıdır.

“PKK Suriyada və qismən İraqda əldə etdiyi uğuru İran və Qafqazda təkrarlamağı düşünür. Çünki PKK Türkiyə, Suriya, İran və İraq kürdlərinin təşkilatıdır. Suriyada PYD, Şimali İraqda Kürdüstan Demokratik Həll Partiyası (PÇDK) fəaliyyət göstərir. İranda daha öncə PJAK, yəni “Partiya Jiyana Azad a Kurdistane” var idi. 2009-cu ildə İranın təzyiqi ilə fəaliyyətlərinə son verdilər. Lakin PJAK Şərqi Kürdüstan Müdafiə Gücləri (YRK) adı ilə fəaliyyətini davam etdirir. 2011-ci ildə İranın keçirdiyi böyük əməliyyatdan sonra PKK Rojhılat, yəni Şərqi Kürdüstan adlandırılan bölgədə fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Ondan sonra İranda fəaliyyət göstərən PJAK Türkiyə və Suriyaya çəkildi”, – deyə politoloq vurğulayıb.

Lakin Ö. Çelikdönmez qeyd edir ki, PKK sonradan yenidən İranda təşkilatlanmaya başlayıb: “2014-cü ilin iyun ayında Rojhılat – Şərqi Kürdüstan Müdafiə Gücü (HRK) üçüncü konfransını keçirdi və Şərqi Kürdüstan Müdafiə Gücləri – YRK olaraq yenidən fəaliyyətə başlamaq qərarı verildi. Bu qərarın verilməsinə səbəb İran hökumətinin kürdlərə qarşı təzyiq siyasətini davam etdirməsi, onların həbs olunmasıdır”.

Politoloq hesab edir ki, nüvə proqramı ilə bağlı razılaşmadan sonra İran bölgədə daha güclü aktor olaraq yerini alır: “Türkiyə və İran arasındakı iqtisadi əməkdaşlıq, ticarət imkanları hər iki ölkənin daxilinə yönəlik təxribatlardan uzaq dayanmasını şərtləndirir. Hazırki situasiyada İranın bir müddət PKK-ya dəstək verməyəcəyi görünür. PKK-nın Türkiyə, Suriya, İran və İraq kürdlərinin təşkilatı olması, həmçinin, İranın Qərbi Azərbaycan vilayətində, Urmiya gölünün cənubunda yerləşən Mahabadda 1946-cı ildə SSRİ-nin dəstəyi ilə kürdlər tərəfindən Kürdüstan Cümhuriyyətinin qurulması İranın kürdlərlə məsafə saxlamasına səbəb oldu. İranın öz sərhədlərindən PKK-nın Qəndildəki düşərgəsinə hücum edəcəyi ehtimalı böyükdür. Hansı ki, Qəndil İran-İraq sərhədində yerləşir. İki od arasında qalmaq istəməyən PKK buna görə Qəndili Ermənistana köçürmək istəyir”.

Ö. Çelikdönmez qeyd edir ki, Qəndilin Ermənistana köçürülməsinin səbəbi PKK-nın itirdiyi canlı qüvvənin yerini doldurmaq istəyindən irəli gəlir: “Çünki bu ölkədə kürdlər çoxdurlar. Ermənistan kürdləri yezidi və müsəlman olaraq ikiyə ayrılır. 1926-cı ilin statistikasına görə, SSRİ-də yezidi kürdlərin ümumi sayı 14,500 idi. 1989-cu ilə qədər kürd olduqlarını önə sürən yezidi kürdlərin bir qismi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra müsəlman kürdlərlə birlikdə ölkəni tərk etdilər. Dağlıq Qarabağın işğalından sonra 2001-ci ildəki statistikaya görə, Ermənistandakı yezidi kürdlərin sayı 55 mindir. Onların 5 mini İrəvanda, qalanı isə digər bölgələrdə yaşayırlar. 1990-cı ildə Ermənistan parlamenti yezidiləri konstitusiyada fərqli xalq olaraq tanıdı. Bu qərarın pərdəarxasında Ermənistanda yaşayan müsəlman kürdlərlə yezidi kürdlərin ayrılması idi. 1990-cı ildən sonra isə yezidilərin kürd olmadığı, əslində ermənilərlə yaxın soydan olduğu fikri önə sürüldü. Hazırda Ermənistandakı kürdlər daha çox Azərbaycanla sərhəd bölgələrdə yaşayırlar. PKK-nın da Ermənistanda özünə yeni “yuva” qurması fikri təzə deyil. İndiyə qədər buna bənzər fikirlər söylənilib. İndi hoybun-daşnak əməkdaşlığı ənənələrini davam etdirmək istəyən PKK-nın erməni diasporunu bəzi üzvləri ilə təmaslar qurduğu haqda informasiyalar Türkiyə kəşfiyyatı tərəfindən əldə edilib. Plana görə, PKK mənsubları əvvəlcə Avropanın hansısa ölkəsinə gedəcək, daha sonra oradan Qafqaza gələcəklər”.

Politoloq bildirir ki, PKK Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda düşərgə qurmaq niyyətindədir.

“PKK-nın uzun illər ərzində Qafqaz bölgəsini qaçaqçılıq üçün istifadə etdiyi məlumdur. Erməni əsilli PKK üzvlərinin köməyi ilə narkotik qaçaqçılığından əldə edilən pullar da Qafqazda yuyulub. Yəni bu bölgəni yaxşı tanıyırlar. Hətta iddialara görə, PKK mərkəz olaraq Azərbaycanın işğal olunmuş Laçın şəhərini seçib. Məqsəd Laçın koridorundan istifadə edərək, Ermənistan və Azərbaycanda fəaliyyət göstərməkdir. Cənubi Qafqaza qaçmaq istəyən PKK-çılar bu bölgədə özlərinə dəstək axtarışına çıxıblar”, – deyə politoloq vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan peyki üzərindən daha bir kanal yayıma başladı

Next Post

Prezidentin xəbərdarlığından sonra – “NAZ-Lifan” 6 modelin istehsalına başladı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezidentin xəbərdarlığından sonra - “NAZ-Lifan” 6 modelin istehsalına başladı

Tanınmış səyyah jurnalist Azər Qəribdən xaricə köçmək yolu axtaranlara xəbərdarlıq: “Sizi heç kim orda gözləmir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.