Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarından sonra çətin vəziyyətə düşən PKK terror təşkilatı mərkəzi qərargahını Qəndildən köçürməyə hazırlaşır.
PKK yeni mərkəz kimi Şimali İraq Kürd Regional Rəhbərliyinin ərazisinə, Süleymaniyyə-Hələbçə arasındakı bölgəyə yerləşməyi planlaşdırır.
PKK liderlərindən Cəmil Bayıq artıq Haşdi Şabi şiə qruplaşmasının rəhbərliyi ilə 4 dəfə görüşüb.
Bu görüşlər nəticəsində PKK-nın Süleymaniyyə-Hələbçə arasındakı bölgəyə yerləşməsinə icazə verilib. PKK isə qarşılığında Haşdi Şabi qruplaşmasına dəstək olacaq.




