
Türkiyədə baş nazirin müavini Yalçın Akdoğan PKK terror təşkilatının vətəndaşlara təhdid və hədə dolu məktublar göndərdiyini açıqlayıb. O bildirib ki, PKK terror təşkilatı qapı-qapı gəzərək xalqı təhdid edir. Həmçinin, gedə bilmədiklərin ünvanlara da təhdid məktubları göndərir.
Akdoğan PKK-nın siyasi qolu olan HDP həmsədri Səlahəddin Demirtaşa mesaj da göndərib: “Buna necə razı olursan? Terror təşkilatı qapı-qapı gəzərək insanlara təhdid və xərac məktubları göndərir. Siz PKK-ya bu məktubları göndərmə deyə bilmirsiniz. Vətəndaşa da öz iradəsi ilə səs verməyi məsləhət edə bilmirsiniz. Vətəndaşa və ya Kandilə bu çağırışı edə bilmirsənsə, səndən demokrat ola bilməz”.
O, HDP-ni ittiham edərək, onun terror təşkilatla bağlılığını diqqətə çəkib: “Türkiye partiyası olacağam deyən bir partiyann yedəyində terror təşkilatı olarmı? Terror təşkilatı hər gün əsgərlərimizi qaçırır. Sənin qol-qola girdiyin, bir hissəsi olduğun terror təşkilatı türk əsgərini qaçırır, sən də Türkiyə partiyası olmaq istəyirsən”.



