Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 və F-4 qırıclarının ötən gün gecə saatlarından səhərə qədər PKK düşərgələrini bombalaması anının görüntüləri yayımlanıb.
Axar.az xəbər verir ki, 21 hərbi təyyarə İraqın şimalında yerləşən Qəndil, Hakkurk, Avaşin, Mətnə, Basan, Qara və Zap düşərgələrində yerləşən PKK hədəflərini yerli vaxtla 01:50-dən 07.30-a qədər bombardmana məruz qoyub. Qeyd edilir ki, bu əməliyyat PKK-ya tarixin ən böyük zərbəsi olub.
Düşərgələrdə təsbit edilən 64 hədəfə kəskin zərbələr endirilib.
PKK düşərgələrinin məhv edilməsi görüntülərini təqdim edirik:
https://youtu.be/aJTlRumdgZE




