Tel Rıfat və Mənbic rayonlarında işğalını davam etdirən terror təşkilatı PKK/YPG-nin Suriyanın şimalında Suriya Milli Ordusunun (SNA) ön cəbhəsinə eyni vaxtda sızma cəhdləri dəf edilib, 5 SDQ elementi həyatını itirib.
Elchi.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, PKK/YPG terrorçuları yuva qurduqları Tel Rıfat və Mənbicdən eyni vaxtda 4 nöqtəyə təhlükəsiz bölgələrə sızmağa cəhd ediblər.
Türkiyə sərhədindəki Azez rayonunun cənubunda Kelcibrin kəndi, Afrin rayonunun cənub-şərqindəki Kimar kəndi, Cerablus rayonunun cənubundakı Mahsenli kəndi və Bab rayonunun şərqindəki Kabbasin qəsəbəsində cəbhə xəttinə soxulmağa çalışan terrorçular SNA ilə toqquşub.
Sızma cəhdləri dəf edilərkən, qarşıdurmalarda 5 SNA üzvü həyatını itirib, 8-i yaralanıb.
Qarşıdurmalarda itki verən PKK/YPG terrorçuları geri çəkilməli olub.
Terrorçular sızmağa çalışdıqları ərazilərə də qurudan-yerə silahlarla hücum ediblər.
Terror təşkilatı PKK/YPG 7 ildən artıqdır işğal altında saxladığı Tel Rıfat və Mənbicdən SNA cəbhə xəttinə sızmağa çalışır.
Şayəstə Hüseynova





