"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Plastik əməliyyatla gözəlləşənlər… – Fotolar

09 Dekabr 2014 - 18:00
in ŞOU

Hər bir əməliyyatda risk var. Lakin az əməliyyat var ki, pasiyent baş verə biləcək bədbəxt hadisəyə görə məsuliyyət daşıdığını öz imzası ilə 1418128641təsdiqləyir. Plastik əməliyyatlar məhz belələrindəndir. Buna baxmayaraq, cərrahiyyə əməliyyatı etdirənlərin sayı ildən-ilə artır. Özü də yalnız qadınlar yox, axına qoşulan kişilərin də faiz göstəriciləri yüksələn xətt üzrə inkişaf edir. Məsələn, Azərbaycanda 2006-cı ildə estetik gözəlliyini cərrah ixtiyarına buraxanların cəmi 20 faizini kişilər təşkil edirdisə, indi bu göstərici artaraq 40 faizi keçib.

Bunu da oxuyun

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Elton Con xəstəxanaya yerləşdirilib

Hadisə bu tarixdə Bakıya gəlir

Tabloid.az belə əməliyyata ehtiyac duyan məşhurları araşdırıb. Araşdırmamız  göstərir ki, sənət adamları cərrah bıçağı altına “səhnə qurban tələb edir” devizi altında düşüb. Bu yolda həyatını itirənlər də olub, uğursuz əməliyyatların nəticələrinə qatlaşmalı olanlar da.  Lakin belələrinin sayı azdır.

Sovet dövründə də əməliyyata gedən məşhurlar olub

Təhlükələrinə baxmayaraq, estetik əməliyyatlar son illərin dəbinə çevrilib. Dünyada artıq siyasətçilərin də müraciət etdiyi plastik əməliyyatlara Azərbaycanda sadə insanlar və sənət adamları maraq göstərir. Diqqətçəkən məqamlardan biri də indi sadə insanların da müraciət etdiyi belə əməliyyatlara hələ Sovet dövründən marağın olmasıdır. Məsələn, Sovet dövründə məşhur qiraət ustası Əminə Yusifqızı və müğənni Flora Kərimova həmin məşhurlardandır.

Brilliant gözəllik

Incə, zərif görkəmi ilə sevənlərinin rəğbətini qazanmış xalq artisti Brillant Dadaşova sahib olduğu gözəlliyin özünəməxsus olduğunu, sonradan qazanılan, dəyişdirilən hər hansı gözəllik əlaməti olmadığını israrla vurğulayır.  Lakin onun da Allahın verdiyi gözəlliyə öz “əlavələri” olduğu şübhəsizdir.  Müğənninin dodağına təbii piy vurdurduğu, sinəsinin, belinin, üzünün, hətta ayaqlarının formasını dəyişdiyi göz qabağındadır.

Köhnə üzünə qadağa qoydu

Plastik əməliyyatlarla üzünü başdan yaradan aktrisa Məleykə Əsədovaya baxan kimi onun da bir estetik cərrahın əlindən çıxdığı aydın görünür. Özünü dəyişdirmək üçün tərəddüd  keçirmədən cərrah bıçağı altına yatan M.Əsədova bu mövzuda çox komplekslidir. Köhnə üzünü unutdurmaq üçün əlindən gələni əsirgəməyən M.Əsədova yaddaşlarda sadəcə yeni üzü ilə qalmaq istəyir. Odur ki,  nəinki etdirdiyi əməliyyatlardan danışmağı sevmir, hətta  köhnə lent yazılarının efirə verilməsindən də xoşlanmır. Bir sözlə, nə qədər gizlətməyə çalışsa da, həkimlərin əməyinin bəhrəsi onun burnunda, dodağında və üz dərisində hiss olunur.

Onun üzünü cərrah bıçağı da dəyişdirə bilmədi

Müğənni Rəqsanə isə keçirdiyi plastik cərrahiyyə əməliyyatlarını gizlətmir. O, indiyədək bədəninin müxtəlif yerlərində doqquz nəticəsiz əməliyyat keçirib. Rəqsanə İsmayılovanin keçirdiyi əməliyyatlarin əksəriyyətinin nəticəsiz olması müğənninin üzündəki qüsurlardan da aşkar görünür.

Mahnıları kimi, əməliyyatları ilə də gündəmdə qalmağı bacarır

Plastik əməliyyat keçirdiyini ictimaiyyətə ilk dəfə məhz Aygün Kazımova elan etdi. Onun hər əməliyyata gedişi və dönüşü ictimai hadisəyə çevrildi.  Bununla gündəmdə qalmağı bacaran xalq artisti Aygün Kazımova təkcə burnunu üç dəfə əməliyyat etdirib. Dəfələrlə sinəsinin ölçülərini dəyişib, göz formasına müdaxilə edib. Liposaksiya yolu ilə artıq piylərdən də azad olan A. Kazımovanın keçirdiyi əməliyyatlar uğurla nəticələnib. Xatırladaq ki, A.Kazımova keçirdiyi əməliyyatlardan birini  lentə də aldırıb. Həmin görüntülərdən onun  “Tez gəl” klipində istifadə edib.

Toy qabağı gözəlləşmə

Gözəlləşmək üçün cərrah köməyindən ən son istifadə edənlərdən biri rəqqasə Oksana Rəsulovadır.  O, repçi Elşad Xose ilə ailə qurmağa hazırlaşdığı bir vaxtda əməliyyat masasına uzandı. Populyar rəqqasənin  toy qabağı gözəlləşmək qərarı onun  dəyişən burnundan daha böyük maraq oyatdı.  Burnunu əməliyyat etdirmək üçün Bakıdakı klinikalardan birinə müraciət edən  rəqqasə nəticədən razı qaldı. Ancaq yeni burnu onun üçün heç uğurlu olmadı. Ailəsinin ömrü qısa oldu.

Kişilərin gözəllik sevdası

Dünya təcrübəsində olduğu kimi, Azərbaycan şou-biznesində də kişi müğənniləri arasında müxtəlif plastik əməliyyatlardan yararlananlar az deyil. Məsələn, uzun müddət əməliyyat olunduğunu gizlədən Nadir Qafarzadənin burnuna və dodağına əl gəzdirməsi göz qabağındadır. Müğənni dodağına silikonu ilk dəfə mərkəzi gözəllik salonlarının birində qoydurub, alnına botoks üsulu ilə vaksinlər vurdurub.

Xalq artisti Faiq Ağayev də hələ uzun illər bundan əvvəl burnunda əməliyyat etdirib. Müğənni növbəti dəfə sinə və qollarına silikon etdirmək üçün cərrah masasına uzanıb. Bu əməliyyatı boynundan atan F. Ağayev nədənsə, əməliyyat mövzusunda danışmaqdan imtina edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanda əsgər analarının qiyamı

Next Post

Deputat Kadırovu “güllələdi” – VİDEO

Bənzər yazılar

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Elton Con xəstəxanaya yerləşdirilib

Elton Con xəstəxanaya yerləşdirilib

28 Avqust 2023 - 16:44

Müğənni və bəstəkar Elton Con xəstəxanaya yerləşdirilib. Məlumata görə, müğənni dəniz kənarındakı evində yıxılaraq Monako xəstəxanasına yerləşdirilib. Elton Conun gecə...

Hadisə bu tarixdə Bakıya gəlir

Hadisə bu tarixdə Bakıya gəlir

20 Avqust 2023 - 17:51

Türkiyənin məşhur ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Hadisə 26 avqust tarixində Dalğa Fest - də səhnə alacaq. Elchi.az xəbər...

Britni Spirs və əri Sem Əsgəri boşanır

Britni Spirs və əri Sem Əsgəri boşanır

17 Avqust 2023 - 15:48

Dünyaca məşhur müğənni Britni Spirs və əri Sem Əsgəri boşanır. İddialara görə ayrılığa səbəb, müğənninin xəyanəti olub. Bildirilir ki, təxminən...

Next Post

Deputat Kadırovu "güllələdi" – VİDEO

Meydan TV-nin Bakı ofisi bağlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.