"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Polad Bülbüloğlu haqda ilginc iddia

25 May 2017 - 10:01
in CƏMİYYƏT

Polad Bülbüloğlu haqda ilginc iddia

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“İddialara görə, Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun rusiyalı tarixçi və siyasi ekspert Oleq Kuznetsovdan xoşu gəlmir, onu səfirliyə buraxmır”.

“Qaynarinfo”nun musavat-a istinadən məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu sosial şəbəkədəki şəxsi səhifəsində yazıb. Ekspert daha sonra aşağıdakıları bildirib: “Mən iddia etmirəm ki, Oleq Kuznetsov əjdaha ekspertdir. Ancaq onu bilirəm ki, Oleq Kuznetsov Moskvada Azərbaycanın mövqeyini canı-qəlbdən dəstəkləyən və buna görə erməni lobbisini təzyiqləri ilə üz-üzə qalan barmaqla sayılacaq rus ekspertlərdən biridir. Məhz onun sayəsində Xocalı soyqırımının tanınması məqsədilə petisiya hazırlanaraq Dövlət Dumasına göndərilib və indi imzatoplama kampaniyası ilə məşğuldur. Görəsən, Polad Bülbüloğlu Azərbaycanın haqlı mövqeyini dəstəkləyən daha güclü rus politoloq tapıb ki, Oleq Kuznetsovdan zəhləsi gedir? Polad Bülbüloğlu Oleq Kuznetsova alternativ tapıbsa, biz niyə onu tanımırıq? Olanları vururuq, sonra da deyirik ki, erməni diasporu niyə bizimkindən güclüdür”.

Qeyd edək ki, söhbət ciddi bir məsələdən gedir. Bir müddət əvvəl O.Kuznetsov Bakıda da olmuşdu və elə burada olduğu zaman onun Xocalı ilə bağlı elan etdiyi petisiya geniş müzakirə olundu. Rusiyalı ekspert kifayət qədər səs yığılandan sonra Xocalı soyqırımının tanınması üçün Rusiya Dövlət Dumasına müraciət olunacağını deməklə də azərbaycanlıların rəğbətini qazanmışdı. Belə olan təqdirdə Rusiyadakı elçimiz ona dəstək olmaq, bu işin uğurla başa çatmasına yardım etməkdənsə, rus politoloqu səfirliyin kandarında saxlayırsa, çox təəssüf. Amma biz yenə də yayılan informasiyaların nə dərəcədə dəqiq olub-olmadığını bilmək üçün hörmətli Polad Bülbüloğluna telefon açdıq. Lakin israrlı zənglərimizə baxmayaraq, diplomat telefonu açmadı.

Azərbaycan XİN-dən isə bildirildi ki, məsələ ilə əlaqədar şərh verə bilməyəklər.

Azərbaycanın Rusiyada səfiri olmuş Hikmət Hacızadə “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, bu məlumat dəqiqliklə yoxlanılmalı, həqiqət olub-olmadığı üzə çıxarılmalıdır. Ümumilikdə Azərbaycanın xeyrinə çalışan, ədalətli mövqe qoyan politoloqlara münasibətə gəldikdə, H.Hacızadə dedi ki, belə adamlar onun səfir işlədiyi dövrdə də olub: “Onları mehriban qonaqlar kimi qarşılayırdıq, bayramlarımıza dəvət edirdik, qonaqlıq verirdik və s. Vaxtaşırı onlarla görüşlər keçirirdik, söhbətlər edirdik, məsləhətləşirdik”.

Ümumilikdə rus ekspertlər, politoloqların Qarabağ məsələsində Azərbaycana hansısa formada dəstəyi ola bilərmi? Yəni rus ictimai fikrinin formalaşmasında? Onlarla bağlı xüsusi konsepsiyamız olmalıdırmı?

Rus ekspertlər, politoloqların Qarabağ məsələsində, Rusiya ictimai fikrinin formalaşmasında Azərbaycanda dəstəyi ola bilərmi hansısa formada? Onlarla bağlı xüsusi konsepsiyamız olmalıdırmı?

H.Hacızadə: “Əlbəttə. Rus politoloqların Rusiya Federasiyasında ictimai rəyin formalaşmasında müstəsna rolu ola bilər. Bir var mən və ya hansısa azərbaycanlı danışsın, şərh versin, bir da var rus ekspert özü, öz dili ilə, ruslara yaxın arqumentlərlə bunu etsin. Burada konsepsiya da lazım deyil, hər şey aydındır. Belə adamlar dəstəklənməlidir, onlar prosesə cəlb edilməlidir, eşidilməlidirlər. İmkan varsa, dövlət bu işə səfirlər üçün maliyyə də ayırmalıdır. Ermənilər gecə-gündüz belə işlərlə məşğuldur, özü də çoxdan”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın adını heç olmazsa, ” alo suriya ” paketinə daxil edəcəklərmi?..

Next Post

Azərbaycanda 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? – Siyahı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Azərbaycanda 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı

Avro bahalaşdı - Bugünkü məzənnə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.