"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Polad Bülbüloğlu Rusiya hökumətindən təminat istədi

18 Sentyabr 2014 - 16:31
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Ölkələrimiz arasında ticarət dövriyyəsindəki hesablaşmalarda manat və rubldan istifadə oluna bilər
polad-bulbulogluMoskvada ABŞ və Avropa ölkələrinin iqtisadi sanksiyaları ilə əlaqədar Azərbaycan-Rusiya ticarət münasibətlərinin inkişaf perspektivlərinə dair mətbuat konfransı keçirilib.
APA-nın verdiyi məlumata görə, konfransda çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu sentyabrın 15-də Bakıda Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasının keçirildiyini bildirib: “Komissiyanın iclasında Rusiyadan 5 nəfər nazir müavini, Dövlət Duması və Federasiya Şurasının komitə sədrləri və vitse-spiker iştirak etdilər. Prezident İlham Əliyev də Rusiyadan gələn nümayəndə heyətini qəbul elədi. Hökumətlərarası komissiyanın iclası çox səmərəli keçdi və iki ölkə arasındakı əlaqələrə dair gündəlikdə duran əsas məsələlər müzakirə olundu. Hökumətlərarası Komissiyanın gündəmi çox geniş idi. Əsas müzakirə mövzusu təbii ki, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı idi. İki ölkənin müxtəlif nazirlikləri bu barədə geniş müzakirələr apardılar”.
Səfir Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınmasının nizama salınmasının vacibliyini vurğulayıb: “Azərbaycan kənd təsərrüfat məhsulları ilə özünü tam təmin edir, həm də ixracla məşğul olur. Bu gün Azərbaycanla Rusiya arasında logistika çox yüksək səviyyədədir. Lakin məhsulların daşınmasında bəzən inzibatı problemlər baş verir. Bu problemlərdən biri də Rusiyanın İstehlak Bazarına Nəzarət Xidmətinin (“Rospotrebnadzor”) yaratdığı problemlərdir. Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullardır. Təbii ki, məhsulun keyfiyyəti yoxlanılmalıdır. Lakin məhsulun Rusiya bazarlarına çatdırılması asanlaşdırılmalıdır. Bunun üçün dövlətin mexanizmləri mövcuddur. Hökumətlərarası komissiyanın iclasında da bunlar müzakirə olundu. Rusiyaya nə qədər kənd təsərrüfatı məhsulu lazımdı? Azərbaycandakı fermer təminat almalıdır ki, yetişdirdiyi məhsulu Rusiya ondan alacaq. Rusiya hökuməti təminat verməlidir ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanların əziyyəti boşa getməsin. Bütün bu məsələlərin həlli yolları və mexanizmləri hökumətlərarası komissiyanın iclasında müzakirə mövzusu oldu”.
P. Bülbüloğlu Azərbaycandan Rusiyaya təkcə meyvə-tərəvəzin deyil, quş əti və yumurtanın da ixrac olunmasının müzakirə olunduğunu söyləyib.
Rusiya Dövlət Dumasının maliyyə bazarı üzrə iş komitəsinin sədr müavini Dmitri Savelyev çıxışında bildirib ki, Azərbaycanın Rusiya bazarında yer alması üçün böyük şans yaranıb: “Azərbaycan unikal ölkədir. Bu gün ölkədə yüksək inkişaf var. Bu inkişafı heç bir post-sovet ölkəsində görmək mümkün deyil. Azərbaycan məhsulları Orta Asiya və Çin məhsullarından daha keyfiyyətlidir. Rusiya bazarında bu məhsulları böyük məmnuniyyətlə və böyük həcmdə görmək istərdik”.
Deputat Rusiya bazarına Azərbaycan banklarını da dəvət edib: “Çünki Azərbaycan manatını əsassız yerə “qızıl manat” adlandırmırlar. Azərbaycanın milli valyutası çox sabitdir. Hətta perspektivdə ölkələrimiz arasındakı ticarət dövriyyəsindəki hesablaşmalarda manat və rubldan istifadə etmək mümkündür”.
İctimai Palatanın üzvü, politoloq Sergey Markov isə çıxışında Rusiyanın Azərbaycanla neft və energetika, hərbi-texniki sahədə uğurla əməkdaşlıq etdiyini bildirib: “Qərbin Rusiyaya qarşı sanksiyaları düşmənçilik siyasətinin təzahürüdür. Azərbaycan Rusiyanın tərəfdaşı olaraq böyük Rusiya bazarında özünün keyfiyyətli məhsulu ilə daha da inamlı iştirak edə bilər. Azərbaycan kənd təsərrüfatı məhsulları ilə də zəngin ölkədir və onun Rusiyanı bu məhsullarla təmin etməyə imkanı var. Bu amil Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcək”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Jirinovski Azərbaycanda həbs oluna bilər – Şok iddia

Next Post

Çanaq antenaların yayımı dayandırıldı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Çanaq antenaların yayımı dayandırıldı

ABŞ-Türkiyə münasibətləri müharibə həddinə çatdı — Kerridən Ankaraya şok…

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.