"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Polis əməliyyatlar keçirdi: 28 nəfər saxlanıldı – Video

26 Noyabr 2021 - 16:14
in HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Bakı şəhər sakini Şakir Məmmədov saxlanılıb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Bu barədə Elchi.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Onun üzərindən və Maştağa qəsəbəsindəki yaşadığı evin zirzəmisindən 30 kiloqrama yaxın marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.

Salyan rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı isə ölkə ərazisinə xaricdəki narkotacirlər tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək satmaq məqsədi ilə paytaxta gətirmək istəyən 3 nəfər – Röyal Vəliyev, Vüqar Mahmudov və Fərhad Abdullayev saxlanılıblar. Onların üzərindən və istifadələrində olan avtomobildən 7 kiloqramdan artıq heroin və metamfetamin aşkar edilib.

Kürdəmir rayonunda həyata keçirilən əməliyyat zamanı isə Ruslan Atakişiyev saxlanılıb. Onu üzərindən və yaşadığı evdən 5 kiloqramdan artıq heroin və metamfetamin aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının Abşeron rayonunun Saray, Mehdiabad, Masazır qəsəbələri, eləcə də paytaxtın Xətai, Yasamal, Sabunçu, Xəzər və Nizami rayonlarında keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın heroin, metamfetamin, elektron tərəzilər, narkotik vasitlərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, 48 ədəd ekstazi və metadon həbi aşkar edilib.

Baş İdarənin Cənub və Qərb Bölgələrindəki Regional Şöbələrinin Gəncə, Lənkəran şəhərlərində, eləcə də Astara və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb. Bu şəxslərdən də külli miqdarda müxtəlif növ narkotik vasitə və elektron tərəzilər aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd olunan əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən ümumilikdə 47 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

“Sonda vətəndaşların diqqətinə çatdırırıq ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum dərəcədə diqqətli olsunlar və onlayn yolla narkotik vasitələrin satışını təşkil edən xarici dövlətlərdə yaşayan narkotacirlərin yalan vədlərinə inanmasınlar. Sosial şəbəkələrdə narkotik vasitələrin satışını təşkil edən şəxsləri isə bu çirkin yoldan çəkinməyə çağırırıq. Əks halda onların şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması istiqamətində qətiyyətli əməliyyat tədbirləri bundan sonra da davam etdiriləcək”, – Mətbuat Xidmətindən bildirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gələn həftə Vyanada İranla nüvə danışıqları başlayır

Next Post

Nikol Ermənistanı dağıdıcı müharibəyə aparır – Manukyan

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Nikol Ermənistanı dağıdıcı müharibəyə aparır – Manukyan

Nikol Ermənistanı dağıdıcı müharibəyə aparır - Manukyan

Əliyevlə görüşdə olan Putindən ilk açıqlama

Əliyevlə görüşdə olan Putindən ilk açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.