İsmayıllı rayonunun Şəbiyan, Ağdaş rayonunun isə Pirəyir kəndi ərazisində yaş halda olan ağacları kəsən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Elchi.az-a verilən məlumata görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar qərar qəbul edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinə göndərilib.
Həmçinin Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Gürcüva kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün obyekt sahibi barəsində protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...






