Efiopiyanın Oromia bölgəsində dini bir mərasim üçün toplaşan kütlənin içərisindəki bəzi şəxslər hökumət əleyhinə şüarlar səsləndiriblər.
Anadolu agentliyinin məlumatına görə, təhlükəsizlik qüvvələrinin aksiyaçılara atəş açması nəticəsində 52 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.




