Polis Çikaqoda “Trump International Hotel and Tower”i mühasirəyə alıb. Elchi.az xəbər verir ki, bu barədə Chicago Sun Times məlumat yayıb.
Binanın kənarında hüquq-mühafizə orqanlarının əməkdaşları var. Yaxınlıqdakı küçənin nəqliyyat üçün bağlandığı qeyd edilir.
Şəhər polisi onların daxil olan zənglə orada olduqlarını təsdiqləsə də, təfərrüatlar açıqlanmayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, binada silahlı qadın var. Mənbələr hadisənin məişət xarakterli olduğunu bildirib. Hazırda hadisələrin terrorla əlaqəsi yoxdur.
Bina ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsusdur. Bundan əvvəl prokurorluq Ağ Evin keçmiş rəhbərini hər biri biznes sənədlərinin saxtalaşdırılması ilə bağlı olan 34 maddə ilə ittiham edib. Bu pozuntuya görə maksimum cəza dörd il həbsdir. Müstəntiqlərin fikrincə, 2016-cı ildə Tramp keçmişdə münasibətləri barədə susduğuna görə Danielsə 130 min dollar ödədiyi üçün vəkil vasitəsilə seçkiqabağı fonddan qeyri-qanuni təzminat ödəyib.
Havar Şəfiyeva




