"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Polisdə 450 manata qədər maaş alan insanlar var”

02 Oktyabr 2023 - 17:36
in Cebhe-banner

Qüdrət Həsənquliyev: “İnsanlar aldıqları maaşla ailələrini dolandıra bilmir”

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

“Hesab edirəm ki, əgər qanunvericilyə dəyişiklik edilirsə, o zaman öncə biz bunun niyə edildiyini düşünməliyik. Mən düşünmürəm ki, yalnız beynəlxalq təcrübədən, yaxud daxildəki təcrübədən istifadə edilərək, belə bir müddəa da qanunvericiliyə daxil edilməlidir”.

Elchi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, hazırda çoxsaylı insanlar polis orqanlarını tərk edib gedirlər:

“Xüsusilə də daha az əməkhaqqı ödənilən mühafizə xidməti, patrul xidmətini buna misal göstərmək olar. Çoxsaylı vakant yerlər var. Polisə gəlmək istəyənlər də o qədər çox deyil. Əvvəla qeyd edim ki, başqa təcrübələrdə də var. Məsələn, Dövlət Neft Şirkəti də kimlərisə xaricdə təhsil almağa göndərirdi. Onlar təhsil alırdı və onların qarşısında belə bir şərt qoyulurdu ki, qayıdıb 5 il Azərbaycanda işləməlisən. Sonra heç ona da əhəmiyyət verilmədi. Ona görə ki, onların hamısını işlə təmin etmək mümkünsüz idi. Amma polisdə kursant kimi təhsil alan şəxslər hərbi xidmət keçirlər. Onlar and içirlər, xidmət keçirlər və istənilən vaxt döyüş bölgəsinə də gedə bilərlər. Onlar yalnız xidmət keçməyə görə təhsil almırlar. Onlardan pul tələb etmək, sonradan ki, əgər sən ailəni dolandıra bilmirsənsə daha yüksək ödənişli iş tapmısansa, sən bizim çəkdiyimiz xərci ödə, o da qayıdıb desin ki, onda mənim xidmətimin haqqını siz mənə ödəyin. Axı mən, 5 il təhsil almışam və xidmət göstərmişəm. O xidmətin pulunu da siz, dövlət olaraq mənə ödəyin. İkincisi, onlar qazandıqları bilikləri başqa bir sahədə tətbiq edə bilməyəcəklər. Biri var iqtisadiyyat oxuya, hüquqşünas ola, sonra da deyəsən, sən gəldin oxudun, mən dövlət olaraq pul xərclədim, amma sən gedib özəl sektorda işlədin, mən sənə pul xərcləmişdim, sən bu biliklərdən istifadə edib yüksək maaş alırsan və s. Axı polislər bu biliklərdən, peşə vərdişlərindən harada istifadə edəcəklər? Polisdən çıxıb hansısa bir müəssisədə gözətçi işləmək, yəni çox pul verildiyinə görə, ora gedəcəklərsə də bu elə cəzanın bir növüdür. Yəni ali təhsil alasan, sonra da gedib gözətçi işləyəsən… Əslində mən burada dəfələrlə məsələ qaldırmışam. Bəlkə də çoxlarınız inanmayacasınız. Yaxından maraqlanın. Polis işçiləri ilə küçədə bir millət vəkili kimi söhbət edin, soruşun görün onlar nə qədər maaş alırlar. Polisdə 450 manata qədər maaş alan insanlar var. İndiki dövrdə 450 manatla yaşamaq olar? Mən bilirəm ki, son illər polisdə neqativ hallara qarşı mübarizə gücəndirilib. İnsanlar aldıqları maaşla ailələrini dolandıra bilmirlər. Hətta özlərini dolandıra bilmirlər, nəinki ailələrini. Ona görə də ərizə yazıb, polis orqanlarınday gedirlər. Və indi onlara bu formada demək ki, sən gəl, bizə bir təhsil haqqı da ödə, bu düzgün yanaşma deyil. Baş leytenantlar, kapitanlar 715 manata qədər maaş alırlar. Bu orta aylıq əməkhaqqıdan da aşağadır. Bu barədə düşünmək lazımdır. Qarşıdan büdcə müzakirələri gəlir. Mən, həmkarlarıma da müraciət edirəm, lazımsa daxil işlər orqanlarının da nümayəndələrini çağıraq. Qoy gəlsinlər, millət vəkilləri, yaxud hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qarşısında məlumat versinlər. Məsələni kökündən həll etməliyik. Yoxsa zorla insanı saxlamaq ki, mən səni buraxmayacağam, sən gəl pulu ödə. O, elə pula görə oradan qaçır. Pulu hardan alıb ödəsin? Ona görə də o, pulu ödəyə bilməyəcək və məcbur qalıb işləyəcək. Belə olduğu halda isə nə keyfiyyətli iş gözləməyə dəyməz, nə də nəticələr ürəkaçan olmayacaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səlcuq Bayraqdara Bakıda medal təqdim olundu

Next Post

Bu məscid ermənilər tərəfindən təhqir edilib – DİN

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post
Bu məscid ermənilər tərəfindən təhqir edilib – DİN

Bu məscid ermənilər tərəfindən təhqir edilib - DİN

Xankəndidə ilk erməni sakinə tibbi xidmət göstərildi

Xankəndidə ilk erməni sakinə tibbi xidmət göstərildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.