"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Polisi öldürən “Porsche”nin sahibi ilə bağlı müəmma

03 İyun 2017 - 08:26
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Kəbirə Məmmədova onun belə bir qardaşı oğlu olmadığını deyir
Bibiheybət yolunda polisin ölümü ilə nəticələnən avtoqəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov mətbuatda məşhur iş adamı Kəbirə Məmmədovanın qardaşı oğlu kimi təqdim olunsa da, sahibkar bunu inkar edib.
K. Məmmədova unikal.org saytına bildirib ki, onun belə bir qardaşı oğlu yoxdur:
“O ucarlı, mən bakılı. Mənim elə qardaşım oğlu yoxdur. Hazırda vəkillərim yanımdadır. Sözügedən xəbəri yazan saytları məhkəməyə vermək üçün hazırlıq görürük. Bu nə deməkdir, hər ötən hadisəyə görə mənim adım hallandırılır? Mənim bu məsələyə münasibətim bu qədər, sağ olun”.

Image result for polisin ölümü ilə nəticələnən porshche
Hazırda R. Məmmədovla bağlı açılan istintaq işinin hansı yerdə olduğunu öyrənmək üçün Səbayel Rayon Polis idarəsi ilə əlaqə saxladıq. Polis idarəsindən bildirildi ki, faktla bağlı cinayət işi başlanılıb: “Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir”.
Hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat”a bildirdi ki, bu kimi hadisələrdə bir günün içərisində istintaqın yekunu bəlli ola bilməz: “Adam ölümü ilə nəticələnən iş olduğu üçün burada Cinayət Prosessual Məcəllə ilə istintaq gedir. Orada müəyyən müddətlər nəzərdə tutulur. Bu isə istintaqın verəcəyi bir qərardır. Yəni hansı müddətə iş yekunlaşarsa, o zaman da bağlayacaqlar. Bu, 24 saat, iki gün ərzində yekunlaşmır. CPM-də bununla bağlı olaraq konkret vaxtlar var. Əslində bu hadisədə son tarixə qədər də gözləməyə ehtiyac olmayacaq, çünki bir çox şeylər artıq bəllidir.

Image result for polisin ölümü ilə nəticələnən porshche

Yəni qəzanın görüntüləri var, nəyin necə olduğu müəyyən qədər bilinir. Ancaq eyni zamanda burada bizim görmədiyimiz məqamlar da ola bilər. Məsələn, ”Porshe” önündə və sağında olan maşını vurmamaq üçün də qarşı yola çıxa bilər. Bir qədər araşdırmağa ehtiyac var və dərhal kimisə günahlandırmaq asan məsələ deyil. Hər halda, polis maşınının oradan dönməsi də xəta idi. Tərəflər hansısa xəta etməsəydilər, bu qəza baş verməzdi. Ona görə də onların hər ikisinin hadisənin baş verməsində günahı əlli-əlliyədir. Hər iki tərəf ciddi şəkildə qüsurludur. Təbii ki, yekun nəticəni istintaq müəyyən edəcək. Yol hərəkətinin təhlükəsizliyi hər kəs üçün keçərlidir”.

Image result for polisin ölümü ilə nəticələnən porshche
Qeyd edək ki, mayın 30-da saat 10 radələrində Səbayel rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbayel RPİ PPXB-nin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Doblo” markalı avtomobilə vurub. Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Uşaqlar Azercell ilə balaca şahzadənin sehrli aləminə səyahət etdilər

Next Post

Bakı Media Mərkəzinin binasının açılışı olub

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakı Media Mərkəzinin binasının açılışı olub

Prezident İlham Əliyev komandanı necə dəyişir - daha üç iri fiqur... 

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.