"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Polisin fəaliyyətinə dair ən çox şikayət edilən rayonların adları açıqlanıb – SİYAHI

08 Fevral 2019 - 13:34
in CƏMİYYƏT

 “İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun əsas təminatçılarından olan, sabitliyin qorunub saxlanılmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında müstəsna rolu olan daxili işlər orqanlarının fəaliyyəti nəticəsində bu gün vətəndaşlar tam rahat və əmin-amanlıq şəraitində yaşayırlar. Məhz bu orqanların qətiyyəti sayəsində ölkədə xaos, anarxiya yaratmaq istəyən pozucu qüvvələrin qarşısına güclü sipər çəkilib”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Report” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində qeyd edib.

Şöbə müdiri bildirib ki, Daxili İşlər Nazirliyində vətəndaşların müraciətlərinə baxılması müntəzəm olaraq nəzarətdə saxlanılır: “Keçən il nazirliyə daxil olan müraciətlərin 31,8 faizi müsbət, 2,7 faizi qismən həll edilib, qalanları barədə isə müvafiq tədbirlər görülüb, bu işdə nöqsanlara yol verdiklərinə görə 467 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb, o cümlədən 31 nəfər xidmətdən xaric edilib, bütövlükdə isə polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətlər 11 faiz azalıb. Azərbaycan ötən il MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi tanınıb, cinayətlərin, o cümlədən mülkiyyət əleyhinə olan dələduzluqların, xuliqanlıq və digər cinayətlərin açılması yaxşılaşıb, vətəndaşlara dəyən maddi ziyanın ödətdirilməsi faizi artıb, yol-nəqliyyat hadisələrində ölənlərin sayı 3,7 faiz, xəsarət alanların sayı 0,5 faiz azalıb, “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları vasitəsilə 3300-dən çox cinayət işi açılıb, 10 minə yaxın hüquqazidd əməlin qarşısı alınıb”.

Onun sözlərinə görə, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər az deyil: “Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı və sair məsələlərlə bağlıdır. Qeyd etməliyik ki, polisin fəaliyyəti ilə bağlı müraciətlərin 27 faizi ayrı-ayrı şəxslərin yol verdiyi dələduzluq faktlarının araşdırılması barədədir. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan müraciətlərin sayı Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Yasamal rayonlarından, Şirvan, Cəlilabad, Goranboy, Göyçay, Göygöl, İsmayıllı, Qazax, Neftçala, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan nisbətən çox olub”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zəlzələnin təsirindən Azərbaycanda 4 vulkan aktivləşə bilər – ADLAR

Next Post

Səhiyyə Nazirliyi Bakıda gənc qızın virusdan ölməsi məsələsinə münasibət bildirib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Səhiyyə Nazirliyi Bakıda gənc qızın virusdan ölməsi məsələsinə münasibət bildirib

Səhiyyə Nazirliyi Bakıda gənc qızın virusdan ölməsi məsələsinə münasibət bildirib

Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri yaxın zamanlarda veriləcək

Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri yaxın zamanlarda veriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.