Polis əməkdaşları bir sıra bölgələrdə gücləndirilmiş rejimdə çalışırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Elchi.az-a bildirilib ki, polis əməkdaşları hava şəraiti ilə əlaqədar respublikamızın bir sıra bölgələrində gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparırlar.
“102” – Zəng Mərkəzinə daxil olan 38 çağırış üzrə dağ və meşə yollarında vətəndaşlara kömək göstərilib, onların gedəcəkləri ünvanlara çatdırılması təmin edilib.






