"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Politiko”dan Bakı ilə bağlı sensasion şərh

25 Sentyabr 2023 - 14:00
in SİYASƏT

Ötən həftə BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq etdi ki, dünya iqtisadi və maliyyə sistemlərinin, eləcə də ticarət əlaqələrinin pozulmasına getdikcə daha da yaxınlaşır. Bu, doğru ola bilər, amma Azərbaycan üçün yox.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə “Politiko” saytında Ceymi Dettmerin Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi ilə bağlı dərc olunan məqaləsində deyilir.

“Böyük Britaniyanın üçdə biri böyüklüyündə və təxminən 10 milyon əhalisi olan Azərbaycan geosiyasi fərqləri aradan qaldırmaqda çox da çətinlik çəkmir. Bu yaxınlarda Bakı coğrafiyadan və geologiyadan öz xeyrinə istifadə etmək üzrə master-klass nümayiş etdirdi. Vaşinqtondan Brüsselə, Moskvadan Pekinə kimi heç kim Azərbaycanla mübahisə etmək istəmir – hamı onunla dost olmaq istəyir. Son həftələr Bakının antiterror tədbirləri adlandırdığı böyük hücum planlaşdırdığına dair məlumatlar yayıldı və bununla əlaqədar Ermənistan təhlükə siqnalları göndərməyə başladı. Lakin bu siqnallar nəinki nəzərə alınmadı, hətta sonradan Bakı “hücuma” görə yalnız təmkinli tənqidlərə məruz qaldı. Lakin Azərbaycan kütləvi etnik təmizləməyə başlasa, Qərbin reaksiyası dəyişə bilər, Bakı isə bunu başa düşəcək qədər ağıllıdır. Rusiyanın Ukraynaya təcavüzündən sonra Azərbaycan bütün tərəflərin diqqət obyektinə çevrildi. Ötən il Avropa Komissiyasının sədri Ursula fon der Leyen Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyevə səmimi sözlər deyərək, onu AB-nin etibarlı enerji tərəfdaşı kimi gördüyünü demişdi. Cəmi bir neçə həftə sonra Belarus Prezidenti Lukaşenko tərəddüd etmədən Əliyevi “tamamilə bizim adamımız” adlandırdı. Fon der Leyen və Lukaşenko ilə eyni anda dost ola biləcək başqa lider varmı?” – o, məqaləsində bildirib.

Dettmerin Bakının Türkiyə ilə dostluq əlaqələri saxladığını xüsusi vurğulayıb:

“Bakı və Pekin bir-birini strateji tərəfdaş hesab edir, Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edir və ölkə İsraillə də hərbi əməkdaşlığı genişləndirməyə çalışır. 2020-ci ildə – Qarabağ münaqişəsinin kəskinləşməsi zamanı – İsrail Türkiyə ilə birlikdə Azərbaycana PUA tədarük edib. Qarşılıqlı eksklüziv dostların təsirli siyahısı – həm yer, həm də enerji potensialı çox şeyi izah edir. Keçən il Fon der Leyen Bakı ilə Cənub Qaz Dəhlizi boyunca tədarükün artırılmasına dair saziş imzaladığını bildirdi. Fon der Leyen AB-nin Azərbaycan haqqında bu cür danışan ilk yüksək vəzifəli məmuru deyil. 2019-cu ildə AB-nin o zamankı prezidenti Donald Tusk da Bakının etibarlılığını yüksək qiymətləndirmişdi. Rusiyanın Ukraynaya təcavüzündən sonra AB-nin görüşü daha da həlledici oldu və təbii ki, birlik bu məsələdə tək deyildi. Azərbaycanın Mərkəzi Asiyada böyük oyunda artan əhəmiyyətini onun paytaxtında yerləşən xarici diplomatik nümayəndəliklərin sayının artması da sübut edir – 2005-ci ildə cəmi 20 nümayəndəlik var idisə, indi artıq 85-ə çatıb. Mərkəzi Asiyada təsirlərini genişləndirmək istəyən Ankara və Pekin üçün Azərbaycan regional enerji layihələrində, eləcə də yeni regional dəmir yollarının, planlaşdırılan infrastruktur və kommunikasiya layihələrinin inkişafında əsas oyunçudur. Sıx dil, din və mədəni əlaqələr sayəsində Türkiyə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın əsas müttəfiqi olub. Bununla belə, Bakı bütün ölkələr və rəqiblərlə məharətlə əlaqə saxlayır. Azərbaycan başa düşür ki, onların hamısı yeni imkanlar açır, lakin eyni zamanda münasibətlər pisləşərsə, təhlükə yarada bilər. Bu, istər AB, Türkiyə, Çin və ya Rusiya olsun, regionun bütün əsas oyunçularına aiddir. Bakının müxtəlif ölkələrlə dil tapa bilməsinin səbəbi odur ki, heç kim geosiyasi rəqiblərə üstünlük vermək və Mərkəzi Asiyada incə balansı pozmaq istəmir. Bu, İrana da aiddir. Son aylar Bakı və Tehran münasibətlərdəki gərginliyi azaltmağa çalışır. Bu, ermənilər üçün çox üzücüdür. Bəlkə də əvvəlcə Rusiyadan asılı olub, sonra Qərbə tərəf tələsməkdənsə, Azərbaycandan nümunə götürüb hamı ilə dost olmağa çalışsınlar”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ayfon-15 Bakıda: satış qiymətləri açıqlandı

Next Post

Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb

Ərdoğanın Naxçıvan səfəri: İran yenə “dözməyəcəyini” dedi

Ərdoğanın Naxçıvan səfəri: İran yenə “dözməyəcəyini” dedi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.