
Tarixin heç bir zamanında 3 dövlət digər 3 dövlətin ərazisinə qoşun yeritməyib. Dünya müharibə dövrünə qədəm qoyub.
Axar.az xəbər verir ki, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin dünyanın siyasi arxitekturasını öz xeyrinə dəyişə bilib:
“Rusiya Suriyaya, Türkiyə İraqa ordu yeritdi. Səudiyyə Ərəbistanının on minlik ordusu Yəməndədir. Ukrayna NATO ordusunu hər an öz daxilinə qəbul etməyə hazırdır: məqsədi Rusiyaya qarşı müharibə aparmaqdır. ABŞ və NATO buna razılıq vermirlər. ABŞ-ın hesablamalarına görə, həm Suriya, həm də Ukraynanı Rusiyanın əlindən ala biləcək. Reallıqda o zaman nə Suriya, nə də Ukrayna indiki qədər Rusiyanın təsiri altında deyildilər. ABŞ-ın hər iki dövlət üzrə siyasəti iflasa uğradı. Ukrayna Krımsızdır, Donbas bufer zonaya çevriləcək. Bu, Putinin Ukrayna üzrə modelidir, hadisələrin digər ssenarisi hələ ki yoxdur. Suriyada iki il bundan öncəyədək cəmi 4 rus hərbçisi var idi. İndi ABŞ hesab edir ki, Suriyadakı Rusiya hərbçilərinin sayı 1700 nəfərdir. Əlavə iki min hərbçi isə, demək olar ki, “yoldadır”. Rusiya prezidenti Federasiya Şurasına müraciət edərək Suriyaya ordu yeritməyə icazə aldı. ABŞ-ın Rusiyadakı səfirinin rəsmi Moskvanın Suriyaya qoşun yeritməsini Obama ilə Putin arasında razılaşmanın nəticəsi kimi təqdim etməsi təbliğatdan başqa bir şey deyil. Belə ki, BMT-nin Baş Assambleyasında hətta Putinin çıxışı və Obama ilə görüşündən sonra belə ABŞ-ın Suriya ilə bağlı mövqeyi dəyişməmişdi”.
– See more at: http://axar.az/news/67385#sthash.d7yssNi9.dpuf



