Polşa hakimiyyəti referendumda müvafiq qərar qəbul ediləcəyi təqdirdə Belarusla sərhəddəki hasarları sökə bilər. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti hökumətin rəsmi nümayəndəsi Petr Müllerə istinadən yazır.
Oktyabrın 15-də parlament seçkiləri ilə birlikdə Polşada bir sıra sualların qaldırılacağı referendum keçiriləcək. Bunlar miqrantların qəbulu, pensiya yaşı, özəlləşdirmə və Belarusla sərhəddə hasara aid olacaq.
Müllerin sözlərinə görə, əgər referendum keçərli sayılsa, yəni polşalıların yarıdan çoxu orada iştirak etsə, o zaman qərar veriləcək. Buna baxmayaraq, o, bunun baş verməyəcəyinə ümid edir.
Baş nazir Mateusz Moraviecki daha əvvəl bildirib ki, referendum parlament seçkiləri ilə birlikdə keçiriləcəyinə görə, bu, pula qənaət edəcək. Əsas sual Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan miqrantların yerləşdirilməsi ilə bağlı polyakların rəyidir.
Havar Şəfiyeva






