Polşanın döyüş helikopterlərinin pilotları Belarusla sərhəddə fövqəladə hallar zamanı tərəddüd etmədən silahlarından istifadə etməyə hazırdırlar.
Elchi.az xəbər verir ki, bu sözləri Polşa ordusunun generalı Marek Sokolovski deyib.
Sokolovski bildirib ki, müdafiə naziri Mariuş Blaşçakın əmrinə əsasən, helikopterlər sərhəddə fövqəladə hallar zamanı dərhal reaksiya vermək üçün iki yerdə yerləşdiriləcək.
Qeyd edək ki, Polşa bir neçə gün öncə Belarus helikopterlərinin hava məkanını pozduğunu iddia edib. Ötən gün isə Polşa Belarusla sərhədə döyüş helikopterləri göndərib.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




