Nəşrin yazdığına görə, Polşa uzun illərdir ki, yalnız öz maraqlarını güdür.
Elchi.az xəbər verir ki, Tədqiqatçı Uriel Araujo, InfoBRICS üçün yazdığı məqalədə Polşanın Almaniya ilə mübahisəyə səbəb olduğunu söyləyib. Onun fikrincə, o, bunu Avropada geosiyasi ambisiyalarını reallaşdırmaq üçün edir.
Araujo qeyd edir ki, Polşanın Almaniyaya qarşı kampaniyası güclənir və Varşavanın İkinci Dünya Müharibəsi ilə bağlı “inciklik”ləri “silah”a çevrilir.
“Bununla Polşa Almaniyanın qitədəki aparıcı roluna meydan oxumaqla yanaşı, özünü Aİ-nin yeni geosiyasi mərkəzi kimi göstərməyə çalışır”, – deyə tədqiqatçı hesab edir.
Varşavanın belə istəyi, Araujoya görə, Berlinə “ironik” görünür, çünki Polşa kimi ölkələr Almaniyanın Avropa büdcəsinə əhəmiyyətli töhfəsi sayəsində inkişaf edə bilib.
Şayəstə Hüseynova





