Polşanın baş naziri Mateusz Morawiecki deyib ki, Varşava administrasiyası Avropa İttifaqının (Aİ) 2035-ci ildən benzin və dizel mühərrikli yeni avtomobillərin satışını qadağan etmək təşəbbüsünü “heç vaxt qəbul etməyəcək”.
Elchi.az xəbər verir ki, Morawiecki Twitter hesabında etdiyi paylaşımda dünən Aİ-nin qərarını tənqid edib.
Yaşıl enerjini dəstəklədiklərini vurğulayan Morawiecki, “Polşalı ailələri zəngin ölkələrin və Brüssel bürokratlarının başqa bir sözdə ekoloji ixtirasına qarşı qorumaq üçün hər şeyi edəcəyik. Bunu heç vaxt qəbul etməyəcəyik” ifadəsini işlədib.
Avropa Şurası üzv dövlətlərin 2035-ci ildən etibarən avtomobillər və yüngül kommersiya avtomobilləri üçün sərt karbon emissiyası standartlarını tətbiq edəcək qanunu təsdiqlədiyini açıqlayıb.
Qanuna görə, avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını sıfırlayacaqlar. Belə ki, qeyd olunan tarixdən etibarən benzin və dizel də daxil olmaqla, daxili yanma mühərrikli, karbon emissiyasına malik yeni avtomobillər Aİ ölkələrində satıla bilməyəcək.
Polşa direktivin əleyhinə səs verən yeganə ölkə olub, İtaliya, Rumıniya və Bolqarıstan isə bitərəf qalıb.
Şayəstə




