Polşanın müdafiə naziri Antoni Matseriviç 2010-cu ilin aprelində prezident Lex Kaçinskinin öldüyü Smolensk təyyarə qəzasını terror aktı adalandırıb.
Avropa.info xəbər verir ki, Matsareviçin sözlərinə görə, terror aktı Polşanı müstəqil olmağa aparan ən yaxşı adamlarından məhrum etməyə yönəlibmiş.
O, terror aktını Rusiyanın Gürcüstana müdaxiləsi və Ukraynanın cənub-şərqində baş verən müharibə ilə əlaqələndirib.
Smolensk qəzası üzrə istintaq komitəsi hadisənin səbəbi kimi pilotu göstərsə də, Polşqa hökuməti yenidən cinayət işi qaldırıb.
Xatırladaq ki, 2010-cu ilin 10 aprelində Tu-154 təyyarəsinin Smolenskdə qəzaya uğraması nəticəsində 96 adam ölmüşdü. Onların arasında prezident Lex Kaçinski və arvadı, baş qərargah rəisi, parlament üzvləri, administrasiya üzvləri, generallar, siyasi partiyaların üzvləri var idi.




