Varşavada Polşanın Müstəqillik Günü münasibətilə millətçi hərəkatların təşkilatçılığı ilə hər il minlərlə insanın küçə yürüşü keçirilir. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bu il tədbir Polşa himninin ilk sözləri olan “Jeszcze Polska nie zginęła” şüarı altında təşkil olunub. Yürüş iştirakçıları arasında müxtəlif sağ hərəkatların fəalları, həmçini ayrı-ayrı yüksək vəzifəli şəxslər də iştirak edib.
Etirazçılar dövlət bayraqları altında Varşavanın mərkəzi küçələri ilə Milli Stadiona doğru yürüş edəcəklər.
Qeyd olunur ki, qadağaya baxmayaraq, tədbir iştirakçılarının bəziləri fişəngləri partladır və atəşfəşanlıq edirlər. Asayişi qorumaq üçün Polşa paytaxtının mərkəzinə əhəmiyyətli polis qüvvələri yerləşdirilib.
Bundan əvvəl Polşanın üç müxalifət qrupu, Vətəndaş Koalisiyası, Üçüncü Yol və Solun koalisiya sazişi imzaladığı və hökumət qurmaq niyyətində olduğu bildirilib. Güman edilir ki, bu halda müxalifət ölkənin baş naziri postuna Vətəndaş Koalisiyasının lideri və keçmiş baş nazir Donald Tuskun namizədliyini irəli sürəcək.
Havar Şəfiyeva





