Polşa hakimiyyəti növbəti parlament seçkiləri ilə eyni vaxtda Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan miqrantların yerləşdirilməsi ilə bağlı referendum keçirmək niyyətindədir. Elchi.az Tass-a istinadən xəbər verir ki, bu barədə baş nazir məlumat verib.
“Təsdiq edə bilərəm ki, biz bunu eyni vaxtda keçirməyi planlaşdırırıq” deyə o, əlavə edib.
Moravetskinin sözlərinə görə, Polşa vətəndaşlarının miqrantların yerləşdirilməsinə necə münasibət bəsləmələri məsələsi ilk növbədə referenduma çıxarılacaq. Bununla belə, o, hakimiyyətin başqa məsələləri də əlavə edə biləcəyini istisna etməyib.
Bundan əvvəl Polşada əcnəbiləri sərhəddən keçirməyə cəhd edən ukraynalının saxlanıldığı bildirilib.
Havar Şəfiyeva





