Polşanın baş naziri Mateuş Moravetski Smolenskdəki konsulluğun bağlanması ilə bağlı açıqlama verib. Elchi.az bu barədə
“Reuters” a istinadən xəbər verir.
“Əgər iş o yerə çatsa ki, Rusiya bizim diplomatik platformalarımızı ləğv etməyə başlasa, o zaman biz də öz növbəmizə simmetrik cavab verəcəyik”, – deyə siyasətçi bildirib.
Bundan əvvəl Moskva Polşa Respublikasının Smolenskdəki konsulluq agentliyini bağlamaq qərarına gəlib. Belə bir addımın Varşavanın düşmənçilik və anti-Rusiya siyasətinə cavab olduğu vurğulanır.
Havar Şəfiyeva






