Rzeczpospolita: Polşa silah zavodları Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istehsalı artırıb.
Elchi.az xəbər verir ki, Polşa silah zavodları Ukrayna ordusunun ehtiyacları üçün istehsalı maksimum dərəcədə artırıb. Bu barədə Rzeczpospolita nəşri məlumat yayıb.
Qeyd olunur ki, “Krab” özüyeriyən haubitsaları istehsal edən “Huta Stalowa Wola” konserni iki il ərzində avadanlıqların istehsal həcmini iki dəfə artırmaq niyyətində olduğunu bəyan edib.
Nitro-Chem-in sahibi Dominik Savitski deyir: “Bu gün biz gündə 24 saat üç növbədə TNT istehsal edirik”.
Savitskinin sözlərinə görə, Ukraynada münaqişə başlayandan sonra partlayıcı maddələrə kəskin tələbat yaranıb və bu, onun istehsalını gücü ilə işləməyə məcbur edib. Hazırda ən müasir fabriklər belə yüksək tələbatın öhdəsindən gələ bilmir və investisiyalar və yüksək dəqiqlikli maşınların alınması hesabına istehsalı modernləşdirməyə cəhd etməyə məcburdurlar.
Şayəstə Hüseynova






