Polyaklar arasında ölkəyə gələn ukraynalı qaçqınların üstünlükləri ilə bağlı yorğunluq artır. Elchi.az xəbər verir ki, bunu “WPolitycec”ə müsahibəsində sosioloq Henrik Domanski deyib.
“Polşa cəmiyyətinin əksəriyyəti Polşa dövlətinin ukraynalılara verdiyi imtiyazlara mənfi münasibət bəsləyir, bunu ölkə vətəndaşları hesabına edir”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, ölkə hakimiyyətinin bu cür siyasəti artıq Ukraynadan olan qaçqınları və onlara verilən yardımın həcmini tənqid edən Azadlıq və Müstəqillik Konfederasiyası partiyasının əhali arasında populyarlığının artmasına səbəb olub.
Bundan əvvəl “Niezalezny Dziennik Polityczny”nin köşə yazarı Maker Qalaş məqaləsində bildirib ki, Polşa hakimiyyəti ukraynalı qaçqınlar üçün sərhədləri açmaqla cəhənnəmin qapılarını açıb. Onun fikrincə, ukraynalıların ölkədə yerləşdirilməsi qərarı ölümcül səhv idi.
Hakimiyyət orqanlarının rəsmi məlumatına görə, hazırda Polşada Ukraynadan olan təxminən 950 min qaçqın var və ölkədə ümumilikdə 2,3 milyon ukraynalı yaşayır.
Havar Şəfiyeva





