“Əgər Ukrayna bu gün NATO-nun tamhüquqlu üzvü olsa, güman etmək lazımdır ki, həmin gün beşinci maddənin, yəni kollektiv müdafiənin işə salınmasını xahiş edəcək. Əgər alyans bu vəziyyətdə özünü lazım olduğu kimi aparsaydı, bütün digər NATO ölkələri kimi biz də əsgərlərimizi cəbhəyə göndərməli olardıq” – deyə prezident bildirib.
Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
O, prezident kimi Polşa əsgərlərinin cəbhəyə göndərilməsi barədə qərar verməli olacağını vurğulayıb. Eyni zamanda, siyasətçi qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması nəzəri cəhətdən Varşava üçün faydalıdır, çünki bu, sərhədin şərqə keçməsidir.
Buna baxmayaraq, Duda razılaşıb ki, hazırda Ukraynanı tam hüquqlarla NATO-ya qəbul etmək mümkün deyil və Kiyev bunu başa düşür.
Havar Şəfiyeva





