NATO Ukraynanın əvvəllər verdiyi vədlərdən yaranan ümidlərini doğrultmur. Elchi.az xəbər verir ki, bu barədə Polşa Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skrzypçak “Do Rzeczy”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, alyans daxilində respublikanın bloka daxil olmasının yol xəritəsini əngəlləyən qüvvələr var. “Məlum oldu ki, NATO yenə də ukraynalıların gözləntilərini qismən də olsa ödəyəcək vahid və konsolidasiya edilmiş həll yolu yarada bilmir”.
General etiraf edib ki, Şimali Atlantika Alyansına inamını itirir.
Havar Şəfiyeva






