Polşa Kiyevin kənd təsərrüfatı məhsullarının ixracı və idxalı ilə bağlı bəyanatlarına cavab olaraq Qərb silahlarının Ukraynaya tranzitinə qadağa qoymağa çağırıb. Elchi.az xəbər verir ki, bu barədə polşalı siyasətçi Slavomir Menzen özünün “X” sosial şəbəkə səhifəsində yazıb.
“Əgər Ukrayna Polşa meyvə və tərəvəzlərinin ölkəyə idxalına qadağa qoysa, Varşava buna cavab olaraq Polşa ərazisindən Ukraynaya silah və hərbi texnikanın daşınmasına qadağa qoymalıdır”.
Bundan əvvəl Ukraynanın iqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsi Taras Kaçka bildirib ki, Kiyev Polşa, Macarıstan və Sloveniyanın Ukrayna taxılının idxalına qoyulan qadağaya görə Ümumdünya Ticarət Təşkilatını məhkəməyə verir. Onun sözlərinə görə, Ukrayna da Varşavanın hərəkətlərinə cavab verməyə və Polşadan tərəvəz və meyvələrin idxalına qadağa tətbiq etməyə məcbur olacaq.
Havar Şəfiyeva






