Polşa Hərbi İncəsənət Akademiyası haker hücumunun qurbanı olub, nəticədə ölkənin müdafiə sisteminə dair məlumatlar sıradan çıxarılıb. Elchi.az xəbər verir ki, bu barədə Polşanın “Wyborcza” qəzeti məlum olub.
“Hakerlər Polşanın müdafiə sistemi haqqında məxfi məlumatları və universitet kompüterlərində şifrələnmiş məlumatları oğurlayıblar”, – nəşr yazır. Haker hücumunun CyberTriad qrupu tərəfindən həyata keçirildiyi güman edilir. O, Rusiya və Çinlə əlaqələrdə şübhəli bilinir.
Müdafiə sisteminin sındırılması ilə bağlı məlumatlardan əlavə, məlumdur ki, hakerlərin ixtiyarında Polşada ilk növbədə tank briqadalarının iştirakı ilə hərbi təlimlərin keçirilməsi ilə bağlı məlumatlar olub.
Qeyd edək ki,
daha əvvəl bir neçə haker qrupunun Avropa bank sisteminə genişmiqyaslı hücum planları barədə məlumat yayılıb.
Havar Şəfiyeva






