Meksikada Popokatepetl vulkanında son 24 saat ərzində 3 yeni püskürmənin baş verdiyi bildirilir.
Meksikada Popokatepetl vulkanında yeni püskürmələr baş verib.
Elchi.az İHA-ya istinadən xəbər verir ki, Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzi (CENAPRED) tərəfindən dərc edilən gündəlik hesabatda son 24 saatda Popocatepetl vulkanında 3 yeni püskürmə və 64 qaz və kül çıxışı qeydə alınıb. Məlumatda vulkan kraterindən çıxan külün küləyin təsiri ilə ölkənin cənub və cənub-şərq istiqamətlərinə doğru yayıldığı, bu bölgədəki yaşayış məntəqələrində mülayim kül yağıntılarının ola biləcəyi bildirilib.
Səlahiyyətlilər həmçinin Popocatepetldə partlayıcı fəaliyyətin orta miqyasda davam edəcəyinə diqqət çəkərək, sakinlərə vulkanın kraterindən uzaq durmaları barədə xəbərdarlıq edib və külə qarşı tədbir görmələri lazım olduğunu bildirib.
Son 1 ildə fəaliyyətində artım müşahidə edən Popocatepetl vulkanı, bugünkü püskürmələrlə qeydə alınan püskürmə sayını 531-ə yüksəldib.
Nuranə Məmmədova




