Poroşenko Rusiyanın son addımından razılığını bildirib.
Axar.az Regnum agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko Almaniya kansleri Angela Merkellə telefon söhbəti zamanı bildirib.
Ukrayna prezidentinin mətbuat xidməti Poroşenkonun 150 Ukrayna girovunun azadlığa buraxılması barədə Merkelə məlumat verdiyini bildirib. Ukrayna başçısı həmçinin Donetskin işğal edilmiş ərazilərinə ilk humanitar yardımın çatdırıldığını da qeyd edib.
İki lider Minsk danışıqlarının növbəti mərhələsi üçün Rus qoşunlarının Ukraynanı tərk etməli olduğunu bildirib.



