"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Poroşenko rusların mühasirəyə aldığı Mariupola gedib

08 Sentyabr 2014 - 23:24
in MANŞET

Prezident Ukrayna vətəndaşlarının əsirlikdən azad edilməsi üçün danışıqlar getdiyini deyir;Polşa Ukraynaya img1631611silah satmağa hazırdır; Avropa Şurası Krım tatarlarının vəziyyəti ilə bağlı monitorinqə hazırlaşır

Sentyabrın 8-də Ukrayna prezidenti Petro Poroşenko Rusiya silahlı qüvvələrinin mühasirəyə aldığı Mariupola gedib. Günorta saatlarında şəhərə çatan prezident Ukrayna Ordusunun yerli bölmələrinin rəhbərləri ilə müşavirə keçirib. Daha sonra prezident mediaya açıqlama verib. Poroşenko deyib ki, atəşkəs rejimi bərpa edildikdən sonra Ukrayna 1200 vətəndaşını əsirlikdən azad edib: “Əsirlikdə qalan 863 vətəndaşımızın şənbə  gününə qədər azad edilməsi üçün danışıqlarımız davam edir”.
Prezident Donetsk vilayətinə çatandan az sonra Rusiya qoşunları Ukrayna mövqelərini atəşə tutub. Bu haqda danışan Poroşenko deyib ki, məqsəd xof yaratmaqdır:“Blok postlara hücum edənlər bizi qorxutmağa çalışır. Ancaq biz qorxaq deyilik”.
Bu arada Polşa Ukraynaya silah satmağa hazır olduğunu bildirib. Polşanın müdafiə naziri Tomaş Semonyak deyib ki, razılaşma NATO sammiti çərçivəsində əldə olunsa da, detallar haqqında açıqlama olmayacaq: “Silah satışının həcmi iki ölkə arasında müəyyən ediləcək. Ukraynaya tələb olunan miqdarda hərbi avadanlıq vermək imkanımız var”. Nazir onu da bildirib ki, Ukraynanın Polşadan silah almasını yasaqlayan heş bir durum, beynəlxalq konvensiya yoxdur: “Ukrayna təcavüzə məruz qalıb. Bu, faktı dünyanın nüfuzlu beynəlxalq qurumları təsbit edib. Ukraynanın özünümüdafiə üçün atdığı addımların hüquqi əsası vardır”.
Polşa müdafiə nazirinin çıxışından o  da bəli olub ki, digər ölkələr də Ukraynaya silah satmağa hazırdır. NATO zirvəsində məsələ ilə bağlı gedən müzakirələrdə ABŞ, Polşa, İtaliya, Norveç Ukraynaya ilə silah satışı müqavilələri imzalamağa hazır olduqlarını  bildirib.
Ukraynanın insan haqları müvəkili Valeriya Lutkovskaya və Avropa Şurasının insan haqları komissarı Niys Muyjnikes yaxın gələcəkdə Krımda insan haqlarının monitorinqi ilə bağlı plan təsdiq edib. Bu haqda Ukrayna Ali Radasının İnsan Haqları Komitəsinin xəbərində bildirlir.
Sənəddə yazılıb ki, Avropa Şurası Kremli ilhaq etdiyi Krımda vətəndaş cəmiyyəti fəallarının həbsinə son qoymağa çağırıb. Xanım Niys Muyjnikes isə bu haqda açıqlamasında deyib ki, Krım faktiki işğal altında olduğu üçün orada insan haqlarının durumu, xüsusən vətəndaşlıq məsələləri  ilə bağlı ciddi problemlərin olduğundan xəbərdardır. Avropa Şurası bu sahədə problemləri müəyyən edib onların çözümü üçün hökumətlərlə danışıqlar aparmağa hazırdır: “Ukrayna faktiki olaraq qanuni ərazisinə nəzarət edə bilmir. Biz beynəlxalq insan haqları qurumlarının Krımdakı durumla bağlı dolğun informasiya ala bilmələri üçün mümkün olanları edəcəyik”.
Avropa Şurasının insan haqları komissarı Niys Muyjnikes Krım tatarlarının ağır şərtlər altında yaşamasına da diqqət çəkib: “Biz Ukrayna vətəndaşlarının təqib edilməsi, xüsusən Krım tatarlarının ayrımçılığa məruz qalması, hüquq-mühafizə orqanlarının onları ciddi şəkildə sıxışdırılması haqqında çoxsaylı müraciətlər almışıq. Bütün bu şikayətlər yerində araşdırılmalı, real faktlar dünya birliyinə çatdırılmalıdır. Bir daha bildiririk ki, insan haqları yalnız bir ölkənin daxili məsələsi ola bilməz. Çağdaş dünya bu gerçəyi uzun müddətdir qəbul edib”.
Niys Muyjnikes deyib ki, yaxın günlərdə Moskvaya səfər planlaşdırır. Avropa Şurasının təmsilçisi Moskvada insan haqları müvəkili ilə yanaşı, insan haqları ilə məşğul olan dövlət qurumları ilə monitorinqdə iştirak etmələri üçün danışıqlar aparacaq.


Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tags: SAVAŞ
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Edvard Nalbandyan çarəsiz durumda

Next Post

“Oscar”lı seksual aktrisa dinini dəyişdi – FOTOLAR

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

"Oscar"lı seksual aktrisa dinini dəyişdi - FOTOLAR

Bahalaşma davam edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.