Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili Gürcüstanda keçirilən parlament seçkilərində tərəfdarlarını məğlubiyyətinə görə istefa verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko Mixeil Saakaşvilinin istefasına münasibət bildirirkən qeyd edib.
Onun sözlərinə görə, noyabrın 9-da Ukrayna hökuməti Saakaşvilinin istefasını qəbul edəcək: “Bəziləri Gürcüstandakı parlament seçkilərində məğlubiyyətdən sonra fəaliyyət sahəsinin dəyişərək, Ukraynada daha aktiv siyasətlə məşğul olmaq qərarına gəlib”.
Qeyd edək ki, noyabrın 7-i Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb. Mixail Saakaşvili Ukraynanın prezidenti Pyotr Poroşenkonu bölgədə cinayətkar dəstələri himayə etməkdə ittiham edib.




