Ukrayna federallaşmayacaq və ölkənin yeganə dövlət dili Ukrayna dili olacaq. Musavat.com xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Pyotr Poroşenko fevralın 3-də Xarkova etdiyi işgüzar səfəri zamanı deyib.
KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Pyotr Poroşenko fevralın 3-də Xarkova etdiyi işgüzar səfəri zamanı deyib.“Ukrayna federal dövlətə çevrilməyəcək və unitar dövlət kimi qalacaq. Avropa seçimi müzakirə mövzusu ola bilməz. Yeganə dövlət dili Ukrayna dili olacaq” – bildirib dövlət başçısı.
Poroşenkonun sözlərinə görə, Ukrayna vətəndaşlarının 85%-i bu ideyanı dəstəkləyir. Prezident buna əmin olduğunu, hətta məsələni referenduma çıxara biləcəyini bəyan edib.
Az öncə Venesiya Komissiyasının nümayəndə heyəti ilə görüşən prezident bildirmişdi ki, Ukrayna islahatlar və mərkəzsizləşmə yolu ilə gedir.(Musavat.com)



