Portuqaliya prezidenti Marselo Rebelo de Sousa korrupsiya qalmaqalı səbəbindən baş nazir Antonio Kostanın istefası fonunda hazırkı hökuməti istefaya göndərmək qərarına gəlib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə prezidentin saytında dərc olunan sərəncamda deyilir.
“Baş nazirin istefası nəticəsində Respublika Prezidenti Konstitusiyaya uyğun olaraq hökuməti istefaya göndərib”, – deyə məlumatda qeyd olunub.
Hökumətin istefaya göndərilməsi ilə bağlı qərarın dekabrın 8-dən qüvvəyə mindiyi bildirilib.
Qeyd edək ki, Portuqaliya Konstitusiyasına görə, hökumət yeni tərkib formalaşana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək, lakin vəzifələr məhdud olacaq.
Yeganə






