Portuqaliya “Tekever AR3” pilotsuz təyyarələrini Ukraynaya təhvil verəcək.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Qeyd edək ki, “Tekever AR3” uzun xidmət müddətinə malik kiçik drondur. O həm quruda, həm də dəniz missiyaları üçün geniş əraziyə nəzarət üçün nəzərdə tutulub. Belə dronlar 16 saata qədər əməliyyat apara bilir. Maksimum faydalı yük – 4 kq, uçuş sürəti – 75-90 km / saatdır. Onlar paraşütlə də havaya qalxa bilirlər.
Sözügedən dronların ötürülməsi Danimarka, İslandiya, Litva, Norveç, İsveç, Hollandiya və Böyük Britaniya tərəfindən maliyyələşdiriləcək. “Tekever AR3” və bəzi digər dronların ilk partiyaları iyul ayında gələcək.
Yeganə





