"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Post-Xamenei dövrünə hazırlıq…

03 Oktyabr 2022 - 16:55
in DÜNYA

“İrandakı etirazlar dalğası qabarma-çəkilmə ilə müşahidə edilir, gah ali dini rəhbər əleyhinə şüarlar səslənir, gah nisbi sakitlik hökm sürür, gah da qəfil alovlanma baş qaldırır.
Məhsa Əmininin öldürülməsindən sonra cərəyan edən iğtişaşların motivi hakimiyyətdaxili pillələrdə irəliləmək istəyən rəqib dairələr üçün münbit fürsətə çevrilir”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:

“Proseslərdəki xarici oyunçular, əsasən İsrail, İran daxilindəki çalxalanmanı davamlı edə biləcək prioritetlər müəyyənləşdirir, şübhə etmək olmaz ki, Əmininin öldürülməsini həyata keçirən komanda üzvlərinin fotolarını mediaya məhz İsrail tərəfi sızdırıb.
Hərçənd ki, İran vurğuları birinci olaraq ABŞ üzərinə qoyur, daha sonra isə xarici güclərdən danışaraq ənənəvi tərzini gözə soxur. Məsələn, SEPAH-ın briqada generalı Həsən Həsənzadə deyir ki, təmsil etdiyi güc İrandakı etirazların arxasında ABŞ-ın dayandığını müəyyənləşdirib.
Bəzi nəticələr isə məntiq zəncirində qırılmaların olduğunu göstərir, belə ki, İran illərdir almağa çalışdığı yeddi milyard dollarlıq dondurulmuş aktivinə qovuşur.
Belə ki, ABŞ-la İran məhbus mübadiləsi sazişi üzrə öhdəlikləri icra etdiklərindən İslam Respublikasının Cənubi Koreyada qalmış yeddi milyard dollarına qoyulan blok aradan qaldırılıb.
Bu göstərir ki:

  1. ABŞ-la İran məhbus mübadilələrini sürətləndirirlər, səbəb budur ki, tərəflər nüvə sazişinə dair mövqelərini yaxınlaşdırıblar;
  2. ABŞ Türkiyənin Suriyadakı və İraqdakı aktivliyini azaltmaq üçün İran ilə sövdələşməyə gedə bilər. Ona görə də İrana bunun üçün lazım olan maliyyə təminatını elə İranın öz haqqı olan pullarla təmin edir.
    ABŞ-la İranın əməkdaşlıq spektri daha çox xarici siyasət maraqlarında situativ meyarlara söykənir, lakin daxildəki vəziyyətlə bağlı fikir ayrılıqlarının anatomiyası dəyişilməyib.
    İran təhlükəsizlik qüvvələri mitinqləri özünün dəyənəyi ilə yatırmaqla daxildəki ali rəhbər postuna hərislərə işıq yandırır.
    İrandakı ehtiraslar artıq ali rəhbər Seyid Əli Xameneinin proseslərə nəzarəti itirməsi ilə nəticələnir, hərçənd ki, İran lideri bu gün ictimaiyyət önünə çıxıb və mühafizəkar kəsimin idealları ilə liberalları susdurmağı qarşıya hədəf qoyur, bunun üçün ən yumşaq istinad yeri olan ABŞ-ın və İsrailin qızışdırıcılıq əməllərindən danışır.
    Ali liderin xələfi olmaq uğrunda mübarizə İran rejiminin daxilindəki elitanı parçalayır, liberallar üçün mühafizəkar olmayan xalq kütlələrinin ayağa qalxması onlara sərfəlidir.
    Hakimiyyət çətirindəki belə bölgü Xameneini rejimin birləşdirici rolu olmaq funksiyasından ayırır və iqtidardakı digər rəqiblərin yaranan ruhani boşluğu doldurmalarına yol açır.
    Xameneinin xəstəliyi, idarəetmədə problemlərlə üzləşməsi ruhani strukturun seqmentlərini, xüsusilə Qum hövzəsindəki alimləri ona qarşı cəsarətləndirə bilər.
    Əvvəldən düşünüldüyü kimi, hadisələrin yönləndirici funksioneri kimi SEPAH etirazçılarla ali rəhbərlik arasında incə bir xətt çəkir və ona görə böyük güc olan bu Korpus həm mühafizəkarları dəstəkləyir, həm də ara-sıra etirazçıların könlünü xoş tutmağa çalışır.
    Ancaq İranın Kürdüstan vilayətindəki coşan emosiyalara nəzarət bir qədər çətindir, Tehran Suriya və İraqda Türkiyə əleyhinə cəbhədə PKK ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirsə də, daxildəki PKK amilini təhlükə kimi görür.
    Eyni zamanda İran İraqdakı PKK mövqelərinə də zərbə endirməklə qonşudan kürdlərə gələ biləcək təminatları bloklamaq niyyətini nümayiş etdirir.
    İrandakı etirazlar hələlik teokratik rejimin devrilməsi həddinə qədər inkişaf etməyib, amma post-Xamenei dövrünə hazırlıq mərhələsi onu göstərir ki, gələcəkdə hakimiyyət cəmiyyətin bəzi liberal tətbiqlər yükləməsinə şərait yaradacaq”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Koronaya yoluxanların sayı açıqlandı

Next Post

Polşa Almaniyaya nota verdi: təzminat davası

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Polşa Almaniyaya nota verdi: təzminat davası

Polşa Almaniyaya nota verdi: təzminat davası

“Hər bir hərbçimiz son dərəcə ehtiyyatlı davranmalıdır”

"Hər bir hərbçimiz son dərəcə ehtiyyatlı davranmalıdır"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.